Şuşa və Andonq şəhərləri arasında “Dost şəhərlər” əlaqəsinin
qurulması üzrə anlaşma memorandumu imzalanıb
Şuşa və Andonq şəhərləri arasında "Dost şəhərlər" əlaqəsinin qurulması üzrə anlaşma memorandumu imzalanıb.
AZƏRTAC
xəbər verir ki, memorandumu Prezidentin Şuşa rayonu
üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və
Cənubi Koreyanın turizm və mədəniyyət mərkəzlərindən
biri sayılan Andonq şəhərinin meri Kvon Qi-Şanq
imzalayıblar. Sənədə əsasən, iki dost şəhər mədəni,
sosial və iqtisadi
münasibətləri təşviq etmək və birgə fəaliyyət
sahələrini genişləndirmək niyyətindədir. Tərəflər arasında birgə proqram, layihələr, qarşılıqlı
səfərlərin təşkili, habelə təcrübə
və məlumat mübadiləsi, incəsənət, mədəniyyət,
turizm, elm, ticarət və
informasiya texnologiyaları sahələrində
əməkdaşlıq nəzərdə tutulub.
Azərbaycan.-2022.- 18 noyabr.- S.6.