XİN: “Fransa
parlamentarilərinin soydaşlarımızın haqlı
narazılıqları ilə bağlı müraciətə
diqqət yetiriləcəyini gözləyirik”
İctimai rəyə hər zaman həssaslıqla yanaşdığını iddia edən Fransa parlamentarilərinin soydaşlarımızın haqlı narazılıqları ilə bağlı müraciətlərinə diqqət yetiriləcəyini gözləyirik.
AZƏRTAC xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
A.Hacızadə qeyd edib: “Göründüyü
kimi, ölkəmizə qarşı ədalətsizliyə
etiraz olaraq bir qrup
soydaşımız tərəfindən ictimai
əsasda irəli sürülmüş bu təşəbbüs qısa müddət ərzində
geniş dəstək toplayıb. Məlumata
əsasən, yalnız Fransadakı azərbaycanlılar deyil, bir sıra digər xarici ölkələrdə yaşayan
həmvətənlərimiz də bu təşəbbüsə
öz imzaları ilə dəstək
veriblər. Bu addımlar həmvətənlərimiz
tərəfindən göstərilən həmrəyliyin və
birliyin nümunəsidir. Təqdirəlayiq
haldır ki, bu
müraciət qeyd edilən portalda yerləşdirilən digər petisiyalarla müqayisədə əhəmiyyətli
dərəcədə çox dəstək
qazanıb. Buna baxmayaraq,
daha az səs toplayan və daha az əhəmiyyətə malik
müraciətlərlə müqayisədə azərbaycanlıların
bu petisiyasına indiyə qədər Fransa tərəfindən reaksiya
bildirilməyib”.
Azərbaycan.-
2022.- 12 noyabr.- S.9.