Emmanuel Makron İlham Əliyevə zəng edib
Noyabrın 12-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə zəng edib.
Fransa Prezidenti
noyabrın 19-da keçiriləcək
Frankofoniya təşkilatının
18-ci Zirvə Görüşü
çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla
görüşəcəyi barədə məlumat verib və Fransanın
Ermənistanla Azərbaycan
arasında münasibətlərin
normallaşdırılması prosesinə töhfə vermək niyyətini bir daha ifadə
edib.
Telefon danışığı zamanı
dövlət başçıları
Azərbaycan, Ermənistan,
Avropa İttifaqı və Fransanın iştirakı ilə dördtərəfli formatda
keçirilmiş Praqa
görüşünün nəticələri və
bundan irəli gələn məsələlər
barədə fikir mübadiləsi aparıblar.
Prezident İlham Əliyev Ermənistanla Azərbaycan
arasında münasibətlərin
normallaşdırılması prosesində bitərəf,
qərəzsiz və tarazlaşdırılmış yanaşmanın nümayiş
etdirilməsinin vacibliyini
qeyd edib. Dövlətimizin
başçısı Ermənistan tərəfindən son günlərdə səsləndirilən bəyanatların
iki ölkə arasında münasibətlərin
normallaşdırılması və sülh
gündəliyi ilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırıb.
Azərbaycan.-
2022.- 13 noyabr.- S.1.