"Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət
Fondunun Himayəçilik Şurası
üzvlərinin təyin edilməsi və "Azərbaycan
Respublikası İpoteka və Kredit Zəmanət Fondunun
Himayəçilik Şurası üzvlərinin təyin edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 25 dekabr tarixli 3547 nömrəli Sərəncamının
ləğv edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin
2021-ci il 17 mart tarixli 2535 nömrəli Sərəncamında
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi və "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3547 nömrəli Sərəncamının ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 mart tarixli 2535 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 241) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
"1. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası
Mərkəzi Bankı
sədrinin müavini
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin
İqtisadi siyasət məsələləri sektorunun
müdiri.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 noyabr 2022-ci il
Azərbaycan.
- 2022.- 13 noyabr.- S.4.