Əlcəzair portalı Türk
Dövlətləri Təşkilatının IX Zirvə Görüşü barədə xəbər
yayımlayıb
Əlcəzairin “Əl Hərir” informasiya portalı Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü barədə AZƏRTAC-ın xəbərini və fotoşəkilləri yayımlayıb.
Əlcəzair ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev bu mötəbər tədbirdə iştirak və çıxış edib. Azərbaycanın dövlət başçısı bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə bütün sahələrdə əlaqələrin möhkəmlənməsi xarici siyasətin prioritetlərindən biridir.
Xəbərdə Prezident İlham
Əliyevin Zirvə Görüşündə iştirak
edən həmkarları ilə görüşləri
haqqında da məlumat yer
alıb.
Azərbaycan.-
2022.-12 noyabr.- S.4.