Dünya birliyi İlham Əliyevin qlobal liderliyini qəbul edir
Güclü siyasi xadimlər, beynəlxalq dairələr Azərbaycan
Prezidentinin xarici diplomatiyasını daim yüksək qiymətləndirirlər
Son illərdə
Azərbaycanın mühüm
geosiyasi uğurlarından
biri də dünya birliyində güclü mövqeyə
malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Azərbaycanı yeni inkişaf mərhələsinə
çıxarmaqla yanaşı,
regional və beynəlxalq
miqyasda nüfuzunu da artırıb. Azərbaycan dünyanın
sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən dövlətinə çevrilib.
Ona görə bir sıra dövlətlər
Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla strateji tərəfdaş olduqlarını elan ediblər. Dünyanın böyük siyasi
və iqtisadi dairələri Azərbaycanın
regiondakı liderliyini
və qlobal siyasətdə rolunu daim yüksək qiymətləndirirlər.
Liderlər İlham
Əliyev haqqında
İki il əvvələ qədər Azərbaycan dünyada Cənubi Qafqazın iqtisadi və hərbi gücü, nəhəng enerji və nəqliyyat infrastrukturlarının
müəllifi, regionda
söz sahibi olan aparıcı dövlət kimi tanınırdı. 2020-ci ilin Vətən müharibəsində isə
bunların sırasına
biri də əlavə olundu - Cənubi Qafqazın qalib dövləti. 44 günlük müharibədə
qazanılan qələbə
Azərbaycana dünyada
olan ehtiramı gücləndirdi, dövlətimizin
nüfuzunu daha da artırdı.
Ümumiyyətlə, Azərbaycan hər zaman qonşu olan və olmayan
dövlətlərlə həm
ikitərəfli, həm
də çoxtərəfli
əsasda bərabər
və qarşılıqlı
əlaqələrin genişləndirilməsinə
daim böyük önəm verir.
Məhz İlham Əliyev tərəfindən milli mənafelərin qorunmasına
xidmət edən xarici siyasət kursunun məqsədyönlü
şəkildə həyata
keçirilməsi bu əlaqələrin düzgün
qurulmasına imkan yaradıb.
Eyni zamanda Azərbaycan Prezidentinin irəli sürdüyü
müxtəlif məzmunlu təşəbbüslər,
həyata keçirdiyi
layihələr dünya
liderləri, müxtəlif
dövlət və hökumət başçıları
tərəfindən ən
yüksək səviyyədə
təqdir edilib. Onların bir neçəsinə diqqət edək:
ABŞ Prezidenti
Co Bayden:
"Mən Azərbaycanın tam potensialına
nail olunması, o cümlədən
şaxələndirilmiş iqtisadiyyatın təşviqi,
bərpa olunan enerji mənbələrinə
investisiyaların yatırılması
ilə iqlim dəyişikliyinə qarşı
mübarizədə qlobal
məqsədlərə töhfənin
verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi,
Azərbaycan xalqının
yaşayış standartlarının
yüksəldilməsi istiqamətində
sizin davamlı addımlarınızı alqışlayıram.
Amerika Birləşmiş Ştatları
bizim davamlı tərəfdaşlıq və
əməkdaşlığımıza sadiqdir".
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan:
"Qarabağla
əlaqədar çox
ciddi mübarizə aparan və bu mübarizəni hazırda infrastrukturun qurulması ilə ən yüksək səviyyədə davam etdirən qardaşım İlham Əliyevin iki ildə bu
sahədə nələr
bacardığını, nələri
ortaya qoyduğunu görürük. Dəfələrlə həmin ərazilərdə
tədbirlərə qatılmaq,
həyata keçirilən
işləri yerində
görmək imkanım
oldu. Bu işləri
yerində gördükdə
bir türk olaraq iftixar hissi keçirdim. Çox qısa müddətdə
bu qədər nailiyyət həqiqətən
bizim üçün
qürur mənbəyidir".
Serbiya Prezidenti
Aleksandar Vuçiç:
"Dostumuz
İlham Əliyevin iştirakı olmasaydı,
bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının
şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum,
görürəm ki, indi siz Avropada
çox məşhurlaşmısınız.
Mən sizinlə əlaqə saxlamaq istəyirəm.
Mən onunla dəfələrlə
danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o nə edib, amma
etiraf edim ki, bunun sirrini
mən də bilmək istərdim".
Qazaxıstan Prezidenti
Kasım-Jomart Tokayev:
"Dövlətlərimiz
Qərb ilə Şərqi, Şimal ilə Cənubu birləşdirir. Buna görə də hazırkı keçid dövründə
nəqliyyat və tranzit kommunikasiyalarının,
xüsusən də üç qardaş dövlətin - Qazaxıstan,
Azərbaycan və Türkiyənin ərazisindən
keçən Trans-Xəzər
Beynəlxalq Nəqliyyat
Marşrutunun (TBNM) inkişaf
etdirilməsi xüsusi
önəm qazanır".
Macarıstanın Baş naziri Viktor Orban:
"Mən
qardaşım Prezident
İlham Əliyevə
minnətdarlığımı bildirmək istəyirəm. Çünki Azərbaycan bizim üçün yeganə
real şaxələndirmə şansıdır. Qardaşım
İlham Əliyevə,
həmçinin bizim Azərbaycan üçün
"yaşıl enerji"ni Azərbaycan, Gürcüstan, Rumıniya
və Macarıstan əməkdaşlığına gətirmək təşəbbüsümüzü
tamamilə dəstəklədiyi
üçün təşəkkürümü
bildirmək istəyirəm.
Mən bu əməkdaşlığa
çox ümid bəsləyirəm".
İlham Əliyev haqqında həqiqi və xoş sözlər söyləyən liderlərin
sayını istənilən
qədər artırmaq
olar. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Prezidenti tam müstəqil
siyasət yürüdən,
həmçinin sözünə,
vədinə, prinsiplərinə
sadiq olan liderdir.
Uğurlu diplomatik
gedişlər, təşəbbüslər
2019-cu ildən
Azərbaycan 120 ölkəni
bir araya gətirən, BMT-dən sonra ikinci ən
böyük beynəlxalq
təsisat olan Qoşulmama Hərəkatına
sədrlik edir. Ölkəmizin sədrliyi bir daha yekdil qərarla
2023-cü ilin sonuna qədər uzadılıb.
Bu, ilk olaraq
Azərbaycanın mövqeyinə
və siyasətinə
yüksək səviyyəli
dəstəyi və rəğbəti nümayiş
etdirir. Eyni zamanda bu, İlham Əliyevin diplomatiyasına verilən
yüksək qiymətin
təzahürüdür.
Azərbaycanın Hərəkata sədrliyi dönəmində İlham
Əliyevin BMT Baş Assambleyasının COVID-19-a həsr
olunmuş xüsusi sessiyasının keçirilməsinə
dair təşəbbüsünə
dünyanın 130-dan çox
dövlətinin dəstək
verməsi çox önəmli hadisədir, diplomatiyamızın böyük
uğurudur. Dövlət başçısının bu təşəbbüsünün
dəstəklənməsi beynəlxalq
miqyasda Azərbaycana olan böyük etimadın və hörmətin, ölkəmizin
dünya birliyində nüfuzunun artmasının
daha bir göstəricisidir.
Ümumiyyətlə, İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasət Azərbaycana bir çox sahədə dividendlər qazandırıb. Ölkəmiz etibarlı tərəfdaş
olmaqla yanaşı, həm də Qafqazın güc və beyin mərkəzi
statusuna sahiblənib.
Ölkəmiz həmçinin Avropanın
enerji təhlükəsizliyinə
öz töhfəsini
verən regional güc
kimi qəbul edilməkdədir.
İlham Əliyevin uğurlu diplomatik gedişləri nəticəsində Azərbaycan
tam müstəqil xarici
siyasət yürüdən
ölkə kimi tanınmaqla yanaşı,
bərabərhüquqlu və
qarşılıqlı əməkdaşlıq
əsasında xoşniyyətli
tərəfdaşlar üçün
unikal məkana çevrilib. Bu siyasətin
təntənəsi Azərbaycanın
ictimai-siyasi sabitliyində,
iqtisadi gücündə,
sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində də öz təsdiqini tapır.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2022.-13 noyabr.- S.7.