Milli Məclisin Sədr müavini Adil Əliyev parlamentdə vətəndaşları qəbul edib

 

Noyabrın 14-də Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev növbəti dəfə vətəndaşları qəbul edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, şəhid ailələrinin, qazilərin və seçicilərin iştirak etdiyi qəbul zamanı onlar tərəfindən qaldırdılan müxtəlif sosial, məişət, humanitar, təhsil kimi müraciətlərin bir qismi yerindəcə həll olunub. Digər müraciətlərin həll edilməsi məqsədilə isə aidiyyəti üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular göndərilib.

Seçicilərin diqqətinə çatdırılıb ki, vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması və həll edilməsi barədə ölkə rəhbərliyinin verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, bütün növ müraciətlərə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılır, onların həllinə nail olmaq məqsədilə müvafiq addımlar atılır.

 

Azərbaycan.- 2022.- 15 noyabr.- S.2.