İlham Əliyevə
ümumxalq sevgisi var
Bir insan, bir rəhbər üçün ən böyük mükafat, ən yüksək dəyər xalqın inamını, etibarını, sevgisini qazanmaqdır. Bu inamı qazanmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil. Onun dəyəri misilsizdir, qiymətsizdir... Bütün maddi nemətlərdən, fəxri adlardan və titullardan yüksəkdə ümumxalq sevgisi durur.
Ölçüsü, biçimi, çəkisi mürəkkəb olan, gəlimli-gedimli bu dünyada sözü, əməli, işi ilə yaşamaq, bir millətin taleyi olub tarixini yazmaq, qurmaq, yaratmaq və yaşatmaq üçün dünyaya gəlmək çox nadir şəxslərə nəsib olan xoşbəxtlikdir. Elə insanlar var ki, onlar təmsil olunduqları xalqın, lideri olduqları dövlətin rəmzinə çevrilirlər, adları millətin milli kimliyini ifadə edir. Nə xoş ki Tanrı zaman-zaman bu cür tarixi şəxsiyyətləri ilə xalqımızı mükafatlandırıb. Adı XXI əsrin nəhəng siyasi liderləri ilə qoşa çəkilən, dünya siyasi mühitində öz dəst-xəti, sözü və iradəsi, qətiyyəti ilə seçilən Azərbaycan Prezidenti İlham Əliyev kimi.
Prezident İlham Əliyev qazandığı uğurlarla, apardığı möhtəşəm siyasəti, güclü məntiqi, dərin iradəsi, tükənməz enerjisi və qətiyyəti ilə, bir rəhbərdən daha çox bir möhtəşəmlik rəmzinə çevrilib, insanların ruhunda, qəlbində öz abidəsini ucaldıb. Dövlət başçısı Qarabağın xilaskarı, Azərbaycan Ordusunu quran, onu qələbəyə aparan möhtəşəm sərkərdədir. Prezident İlham Əliyev fatehdir: 300 illik erməni ideologiyasını tarmar edən, erməni xalqını bu bəladan qurtarandır. 44 günlük zəfər müharibəsinin nəticələrini görən erməni xalqı nəinki dənizdən-dənizə "böyük Ermənistan" dövləti qurmağın mümkün olmadığını anladı, hətta hazırkı Ermənistan dövlətini qorumaq haqqında düşünməyə məcbur edildi. Cənab İlham Əliyev qurucu Prezidentdir. Azərbaycan dövlətinin iqtisadi, siyasi təkamül yoluna çıxarılmasında müstəsna xidməti olan tarixi şəxsiyyətdir...
Zəfərin İlham Əliyev yolu
Dövlət ağılla, məntiqlə, səbirlə idarə edilir. Müdriklər hesab edirlər ki, siyasətin açarı iqtisadiyyatın gücündədir. Prezident İlham Əliyev də ilk növbədə ölkənin iqtisadi gücünün artmasına çalışdı. Qısa bir zaman ərzində buna nail oldu. İqtisadi cəhətdən Azərbaycanı regionun ən qüdrətli dövlətinə çevirdi. Ölkəmizdə dayanıqlı sabitliyi, güclü lideri görən qüdrətli, böyük dövlətlər Azərbaycana sərmayələr yatırıb, müştərək müəssisələr yaratdılar. Yeni iş yerləri açıldı. Yol infrastrukturu yenidən quruldu. Ölkəmiz sabitliyinə, əmin-amanlığına, təhlükəsizliyinə, eyni zamanda xidmətin səviyyəsinə görə turistlərin ən çox üz tutduqları məkana çevrildi. Ərazilərimizin müdafiəsi, müstəqilliyimizin daha da etibarlı təminatı üçün ordu quruculuğuna, hərbi sənayemizin qüdrətinin artırılmasına xüsusi diqqət yetirildi. Respublikanın elm, təhsil, səhiyyə sistemi yenidən quruldu. Ölkə bütünlükdə böyük tikinti meydanına çevrildi. Dövlətimizin iqtisadi qüdrəti artdıqca siyasi mövqeyi də gücləndi. Artıq şərtləri Azərbaycan diktə etməyə başladı. Qüdrətli Azərbaycan dövləti dünya siyasi masasında söz sahibinə çevrilərək qlobal görüşlərə Prezident İlham Əliyevin təşəbbüsü və vasitəciliyi ilə evsahibliyi edirdi. Təbii ki, gündən-günə qüdrətimizin artmasını gözü götürməyənlər bizi gücdən salmaq üçün erməni faktorundan istifadə edirdilər. Həmişə özgələrinin maşası olan erməniləri qızışdırıb üstümüzə qaldırırdılar. Dövlətimizin başçısı isə siyasi iradə nümayiş etdirib erməniləri qan tökməməyə, sülhə, problemi danışıqlar yolu ilə həll etməyə çağırırdı. Böyük praqmatik, siyasətçi İlham Əliyevin siyasi dözümlülüyü, iradəsi isə bizi addım-addım iqtisadi yüksəlişdən hərbi qələbəyə aparırdı.
Nəhayət, 27 sentyabr 2020-ci il gəldi. 27 sentyabr tariximizə
yalnız Vətən
müharibəsinin başlandığı
gün kimi düşmədi. Milli birlik,
inam və qətiyyət günü
kimi tariximizə yazıldı. Xalq həmin
gün sevib-seçdiyi
liderinə inamını
qətiyyətlə ifadə
etdi. Cənab İlham Əliyevin
uğurla başladığı
zəfər siyasəti
keçilməz dağlardan
yol saldı, qayalardan keçdi. Oğullarımız "mənim Prezidentim,
mənim dövlətim,
mənim vətənim,
mənim bayrağım
deyib" yeridilər düşmən üzərinə.
Əsgərlərimiz savaş meydanında,
Prezdent isə siyasi meydanda bədxahlarımızla döyüşdülər.
Hər iki meydanda qazanan
Azərbaycan idi.
Ona görə ki, hər iki
cəbhənin Ali Baş
Komandanı, əsrin əfsanəvi lideri
İlham Əliyev idi. Hər iki
cəbhənin sərkərdəliyi
onun əlində idi. Müdriklər gözəl deyib
ki, güc kimin əlindədirsə,
şərtləri də
o diktə edir. Ermənistan rəhbəri daha rüsvayçı məğlubiyyətdən
yaxa qurtarmaq üçün aman diləyirdi, yalvarırdı.
Qətiyyətli Azərbaycan liderinin
qarşısında aciz
duruma düşmüşdü.
Döymədiyi qapı, yalvarmadığı
ölkə lideri qalmamışdı. Nəhayət,
Ermənistan 10 noyabr üçtərəfli Bəyanatını,
kapitulyasiya aktını
imzalamağa məcbur
edildi...
Hər bir xalqın öz xarakteri, milli düşüncəsi var. İnsanlar
güclü, qətiyyətli,
sözünü, əməlini
tamamlayan lideri sevir. Cənab İlham Əliyev
ardıcıl siyasəti
ilə özünü
təsdiq edib, əbədi olaraq xalqın ürəyində
məskən salmağı
bacaran dövlət başçısı oldu.
Bizi illərin bəlasından,
dərdindən xilas etdi, həsrətində olduğumuz torpaqlarımıza
qovuşdurdu. Vətənimizi bütövləşdirdi.
Xalqın
gözü tərəzidir
Noyabrın 17-də Azərbaycan Prezidentinin reytinqini əks etdirən səkkizinci
"İnam indeksi"
jurnalının təqdimat
mərasimi keçirilib.
Sosial Tədqiqatlar
Mərkəzinin "İnam
indeksi" silsiləsinin
davamı olaraq təqdim edilən icmalda 2022-ci ilin may-avqust aylarında Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətini öyrənmək
məqsədilə sosioloji
sorğu keçirilib. Rəyi
soruşulanların 95,3
faizi Azərbaycan Prezidentinə etibar etdiyini bildirib. Sorğuda Birinci vitse-prezident Mehriban Əliyevaya münasibətdə
rəyi soruşulanların
90,7 faizi müsbət mövqe ifadə ediblər.
Dövlət başçısının ölkəmizin
ictimai-siyasi, postmüharibə
dövründə sülh
yaradıcılığı, o cümlədən informasiya-kommunikasiya
siyasəti ilə bağlı ictimai göstəricilər vətəndaş
rəyində qiymətləndirilib. Prezident İlham
Əliyevin reytinqi uzunmüddətli münaqişəni
həll etdikdən sonra nəzərəçarpacaq
dərəcədə artıb
və artmaqda davam edir. Dövlət
başçısının hərbi-quruculuq siyasəti
bütün cəmiyyət
tərəfindən dəstəklənir.
Vətən sevgisi hər şeydən ucadır
Sorğudan göründüyü kimi,
xalqımızın vətən
sevgisi, torpaq sevgisi hər şeydən ucadır. Dövlət başçısı, Müzəffər
Ali Baş Komandan Qarabağı düşmən
işğalından azad
etməklə insanların
ürəyini fəth
etdi. İşğaldan azad olunmuş
ərazilərimizdə hər
dəfə zəfər
bayrağımızı ucaltdıqca,
özü də xalqın gözündə
bayraq kimi müqəddəsləşdi. Xalqımızın dövlət başçısına
olan münasibəti, onu ürəklərdə
əvəzsiz lider etməsi Prezident İlham Əliyevin siyasətinə verilən
dəyərin ən dürüst ifadə formasıdır.
Elşən QƏNİYEV,
Azərbaycan.-2022.- 20 noyabr.- S.10.