Xalqın etimad
göstərdiyi partiya
Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası 30 illik yubileyini Zəfər partiyası kimi qeyd edir. Yarandığı gündən xalqın partiyası adını qazanan bu siyasi təşkilatın liderlərinin qəbul etdiyi qərarlar bu gün Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib.
Əgər fenomen şəxsiyyət, müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev adını tariximizə xalqının xilaskar Lideri kimi qızıl hərflərlə yazdırıbsa, onun layiqli varisi cənab Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinə 44 günlük müharibədə zəfərlə son qoyaraq xalqının qəlbində əbədi heykəlini ucaldıb.
30 il tarixi nöqteyi-nəzərdən o qədər də çox müddət deyil. Amma kiçik bir dövlət üçün təxminən bir qərinəlik dövrdə bu qədər yüksəliş, sürətli inkişaf və şanlı Zəfərin qazanılması böyük dövlətlərin tarixində yaşanmayan həqiqətdir. Bu, uzaqgörən Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi yüksəliş strategiyasının bəhrəsidir. Bu, Ümummilli Liderin "vaxt gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq" kəlamının faktiki təsdiqinin bariz təcəssümüdür. Bu, məhz Ulu Öndərin 30 il öncə yaratdığı Yeni Azərbaycan Partiyasının şanlı tariximizə verdiyi ən böyük töhfədir.
İstənilən dövlətin tarixində güclü, xilaskar lideri olur. Məhz həmin liderin öndərliyi ilə dövlət də, xalq da nicat tapır. Bu gün Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, onun çoxəsrlik tarixində güclü sərkərdələri, xilaskar liderləri olub. Məhz həmin liderlərin özlərindən sonra qoyub getdikləri siyasi mirasın düzgün dəyərləndirilməsi, qiymətləndirilməsi sayəsində respublikamız yüksəliş dövrünü yaşayır.
Tam əminliklə deyə bilərik ki, uca yaradanın Azərbaycan dövlətinə və xalqına Ulu Öndər Heydər Əliyev kimi şəxsiyyəti nəsib etməsi ilə istiqrarımızın, müstəqilliyimizin əbədiliyi rəsmiləşdirilib. Bəlkə də Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə ölkəmizdə siyasi hakimiyyətə gəlməsəydi, indi Azərbaycan adlı dövlətin müstəqilliyindən danışmaq belə mənasız olardı.
Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərlə bugünümüzü müqayisə etsək, tamamilə fərqli bir mənzərənin şahidi olarıq. Əlbəttə ki, bu uğurların qazanılmasına əsas verən zamanın tələbi ilə Yeni Azərbaycan Partiyasının yaradılması və 6 ay sonra Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, YAP-ın iqtidar partiyası kimi səmərəli fəaliyyət göstərməsidir.
Tarixə qısa ekskurs edib həmin dövrdə baş verənlərə nəzər yetirsək, bir daha şahidi olarıq ki, həqiqətən də müstəqilliyini yenicə qazanmış, Azərbaycan suverenliyini itirmək təhlükəsində idi. Hər tərəfdən sanki Azərbaycana hücumlar edilirdi. Müstəqilliyini yenicə qazanmış bir ölkə acınacaqlı günlər yaşayırdı.
Ancaq ölkənin bir qrup ziyalısının bir araya gələrək qəbul etdikləri qərar bu təhlükənin qarşısını aldı. Yaxşı yadımdadır, həmin zaman Azərbaycan Tibb Universitetinin tələbəsi idim və bir azərbaycanlı gənc kimi proseslərlə yaxından maraqlanırdım. Ümumiyyətlə, həmin dövrdə təkcə hörmətli ziyalılarımız deyil, ölkəmizin müstəqilliyinin qorunmasını, dövlətimizin inkişafını istəyən gənclər ordusu da nicatın yalnız Ulu Öndərdə olduğunu bilirdilər. Ona görə də əminliklə deyə bilərəm ki, ziyalılarımızın dahi şəxsiyyətə geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiyanı - Yeni Azərbaycan Partiyasını yaradıb və ona rəhbərlik etməsi ilə bağlı müraciət həm də gənclərin səsi, istək və arzuları idi. Çünki biz gənclər də yaxşı anlayırdıq ki, Azərbaycanı bu uçurumdan yalnız ümummilli lider qurtara bilər.
Yəqin ki, belə çətin, gərgin anlarda hər siyasətçi ağır yükün altına girmək istəməzdi. Amma "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlamağa hazıram" deyən Ulu Öndər ona ünvanlanan müraciəti müsbət dəyərləndirdi və yeni zamanın yeni partiyasını yaradıb ona rəhbərlik etməyə başladı.
Yarandığı gündən etibarən YAP tək ziyalıların deyil, gənclərin də güvənc ünvanı idi. Biz inanırdıq ki, dahi lider Heydər Əliyev tezliklə bu partiyanı böyük bir siyasi təşkilata çevirəcək. Belə də oldu. YAP-ın yaranmasından 6 ay sonra dahi lider Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın müstəqilliyinin başının üstünü almış bütün təhlükələri çox qısa zamanda sovuşdurdu.
Bu gün bir ziyalı kimi qürurluyam ki, dövlətinin istiqrarını, xalqının xoşbəxt gələcəyini istəyən vətənpərvər bir Azərbaycan gənci kimi mən də həmin proseslərin iştirakçısı və hətta 1993-cü ildə YAP-ın Azərbaycan Tibb Universitetində yaradılan ilk dayaq bölməsinin təsisçilərindən biri olmuşam. Bu həm də Nəsimi rayonunda yaradılan ilk dayaq bölməsi idi.
Həmin zaman universitetin VI kurs tələbəsi idim. 1993-cü il yanvar ayının 8-də
ATU-da Yeni Azərbaycan Partiyasının
təsis konfransı keçirildi. Konfransda 37 nümayəndə iştirak edirdi. Gündəlikdə duran məsələ
isə universitetimizdə
partiyanın dayaq nöqtəsini təsis etmək və şura üzvləri ilə sədri seçmək idi. Təşkilat komitəsinin sədri
vəzifəsi mənə
həvalə olunmuşdu.
Konfransda
çıxış edərək
gördüyümüz işlər
barədə geniş
məlumat verdim.
Çıxış edənlər isə
vurğuladılar ki, iqtidarın apardığı
siyasət böyük
xalq kütləsinin heç də ürəyincə deyil.
Respublikada vəziyyəti
sabitləşdirə biləcək
yeganə siyasi təşkilat Yeni Azərbaycan Partiyası ola bilər.
Çünki təkcə ziyalılar
və tələbə
gənclər deyil, xalqın mütləq əksəriyyəti yalnız
dahi şəxsiyyət
Heydər Əliyevə
güvənirdi. Məhz Ulu
Öndərin rəhbərlik
ediyi partiya tezliklə Azərbaycanın
siyasi-ictimai həyatında
fəal iştirak edərək yeni, müstəqil Azərbaycan
dövlətinin möhkəmləndirilməsində
və inkişafında
tarixi rol oynayacaq.
Təsis konfransında Xəlil
Xəlilov sədr, mən isə müavin seçildim.
Bu, bir Azərbaycan
gənci kimi həyatımda ilk və məsuliyyətli vəzifə
idi. Həmin il fevral
ayının 20-də dayaq
bölməsinin ikinci
iclası keçirildi.
Gündəliyin əsas məsələsi
YAP-ın Nəsimi
rayon təsis konfransına
nümayəndələrin seçilməsi idi.
Müzakirələrdən sonra təsis
konfransı üçün
21 nəfər nümayəndə
heyəti seçldi.
Nümayəndə heyətinin tərkibində
bir çox ziyalı, tanınmış
ictimai-siyasi xadim yer almışdı.
Bu ictimai xadimlər
sırasında yer alanlardan biri də bu gün
YAP Sədrinin müavini,
Mərkəzi Aparatın
rəhbəri Tahir Budaqov idi.
ATU-nun VI kurs tələbəsi kimi ölkəmizin ictimai-siyasi həyatında
mühüm rol oynayan ziyalılarımızla
bir sırada addımlamaq, onlardan siyasi bilgilər almaq mənim üçün ən qürurlu anlar kimi bu gün
də unudulmaz xoş xatirələrtək
gözlərimin önündə
canlanır...
Bir həqiqəti də xüsusi olaraq vurğulayım ki, yaşadığımız tarixi
gerçəkliklərin uğurla
nəticələnməsində tibb elmləri doktoru, insan anatomiyası kafedrasının
müdiri, professor Vaqif
Şadlinskinin də böyük əməyi
var. Professor Vaqif Şadlinski
YAP-ın Azərbaycan
Tibb Universitetində dayaq bölməsinin təsis edilməsində,
konfransların keçirilməsində
əlindən gələni
əsirgəmədən bizə
böyük mənəvi
dəstək olmuşdur.
İllər keçdi və YAP nəinki Azərbaycanın,
eləcə də Cənubi Qafqazın ən böyük siyasi təşkilatına
çevrildi. Partiyamızın həyata keçirdiyi
siyasət, görülən
işlər qısa zamanda Azərbaycanı yeni inkişaf mərhələsinə çıxartdı.
YAP-ın hər bir qurultayı respublikamızın həyatına
mühüm hadisə
kimi həkk olundu. Bu da ondan
irəli gəlir ki, Ulu Öndər
Heydər Əliyevin yaratdığı və bu il təsis edilməsinin 30 ili tamam olan
YAP hər zaman xalqın etimadını doğruldub.
Bu gün YAP Cənubi Qafqazın ən böyük siyasi təşkilatı kimi cəmiyyətdə gedən proseslərin
önündədir və
öz fəaliyyəti
ilə dövlətimizin
həyata keçirdiyi
bütün işlərə
layiqli töhfələr
verir.
Təbii ki, partiyamızın respublikamızın aparıcı
siyasi qüvvəsi kimi fəaliyyət göstərməsinin təməlində
ilk növbədə lider
amili dayanır.
Ulu Öndər Heydər Əliyevin layiqli varisi, ata vəsiyyətini yerinə yetirən cənab Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə
etdiyi şanlı Qələbə
ilə YAP-ı
Zəfər partiyasına
çevirib. Bu gün YAP Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı
kimi özünün cəmiyyətdəki aparıcı
rolunu gündən-günə
daha da möhkəmləndirməkdədir.
Elçin HÜSEYNOV,
tibb elmləri doktoru
Azərbaycan.-2022.- 20 noyabr.- S.10.