Dünya çempionatının "Qızıl
fit"li hakim
Futbol üzrə
Dünya çempionatları
tarixində uğur qazananlar sırasında azərbaycanlı hakim də
var. Bu Nikolay Latışevdən
sonra dünya futbol çempionatında hakimlik edən ikinci sovet hakimi
Tofiq Bəhramovdur
(1925-1993). Onun ən böyük
uğuru 1966-cı il Dünya çempionatında İngiltərə
və Almaniya komandaları arasındakı
final oyununda olub.
Bu final mundialın bütün
tarixi ərzində ən maraqlı və dramatik oyunlardan biri olub. Bəhramov matçın yan
xətt hakimi idi. Əsas vaxt heç-heçə
(2:2) başa çatıb.
Qalibi müəyyənləşdirmək üçün 30 dəqiqə
əlavə olunub.
110-cu dəqiqədə ingilislərin hücumçusu
Herst topu almanların qapısına
göndərib. Top dirəyə
dəyib yerə düşüb. Oyunun baş hakimi,
isveçrəli Dinst
topun uçuş trayektoriyasını görmədiyindən
özünü itirib.
Lakin dərhal oyunun bütün taleyini üzərinə götürəcək
adamı tapıb.
Dinst özünün yan xətt köməkçisinə
işarə edərək
son sözü onun deyil, köməkçisi
- sovet hakimi Bəhramovun deyəcəyini
göstərib. O isə
bayrağı yellədərək
mərkəzi göstərməklə
ingilislərdə sevinc,
almanlarda isə qəzəb doğurub.
Almanlar onu əhatəyə alaraq bu qərara etiraz ediblər, lakin Bəhramov fikrindən dönməyib. Oyun davam edib, hakimin
əlavə vaxtın
bitdiyini bildirən fitinə az
qalmış Herst bu oyun ərzində
özünün üçüncü
qolunu vurub. Oyun 4:2 hesabı ilə İngiltərənin xeyrinə
başa çatıb.
Oyundan sonra İngiltərə Kraliçası Bəhramova
"Qızıl fit"i
(o vaxtadək bu mükafat yalnız meydan hakimlərinə verilirdi) və "Qızıl ilahə"nin kiçik modelini təqdim edib. Yeni "Uembli" stadionunun
muzey vitrinlərinin birində Tofiq Bəhramovun bürüncdən
tökülmüş heykəli
yerləşdirilib.
Tofiq Bəhramov eyni zamanda Avropa kuboklarının finallarında
hakimlik edən ilk sovet arbitri olub.
Bundan başqa, 1972-ci ildə o, Argentinanın "İndependyente"
və Hollandiyanın
"Ayaks" komandaları
arasında qitələrarası
kubok uğrunda oyunu da idarə
edib.
Elçin CƏFƏROV,
Azərbaycan.-2022.- 20 noyabr.- S.15.