ABŞ Dövlət Departamentinin nümayəndəsi Milli Məclisdə olub

 

Noyabrın 18-də Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ Dövlət Departamentinin nümayəndəsi Cameron Millard ilə  görüşüb.

Qonaqları salamlayan Səməd Seyidov Azərbaycan ABŞ arasında münasibətlərdən danışaraq, ölkəmizin regionda sülhün təhlükəsizliyin tərəfdarı olduğunu diqqətə çatdırıb.  Regionda mövcud vəziyyətlə bağlı məlumat verən komitə sədri Azərbaycan dövlətinin sülh uğrunda apardığı təşəbbüslərdən danışıb. Vurğulayıb ki, Azərbaycan region ölkələri ilə münasibətləri normallaşdırmaqda sülh şəraitində qonşuluq münasibətləri qurmaqda maraqlıdır.

O, bildirib ki, hazırda səylər Ermənistanla sülh sazişinin imzalanmasına yönəldilib. Səməd Seyidov sadə erməni xalqının da sülh istədiyini diqqətə çatdıraraq, bəzi qüvvələrin buna mane olduqlarını  deyib. O, bu prosesdə tərəflərin birgə səylərinin vacibliyindən danışıb.

Söhbət zamanı Milli Məclisin komitə sədri Fransa Senatının  bu günlərdə Azərbaycanın əleyhinə qəbul etdiyi qətnaməni ədalətsiz yanaşma kimi dəyərləndirib. O, ölkəmizin iri neft qaz layihələri həyata keçirdiyini söyləyərək, Azərbaycanın Avropa İttifaqının strateji tərəfdaşı olduğunu  qeyd edib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Cameron Millard ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşdığını deyib. Qonaq iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, Azərbaycan Vətən müharibəsində əldə etdiyi Zəfərdən sonra regionda yeni reallıq yaradıb yeni təşəbbüslərlə çıxış edir.

Söhbətdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2022.- 19 noyabr.- S.3.