Ermənistan regional layihələrdən
niyə kənarda qalır
Qonşu ölkə
tarixi saxtalaşdırır,
özgə ərazisinə
işğalçı gözü
ilə baxır, sözünə sahib çıxmır
Ermənistan son onilliklər regionda həyata keçirilən
qlobal layihələrin
heç birinin iştirakçısı deyil. Öz xislətinə
görə bu layihələrin hamısından
qıraqda qalıb.
Neft, qaz ixracı marşrutları, dəmiryolu
xətləri, nəqliyyat
dəhlizləri onun ərazisindən yan keçir. Bir sözlə, Ermənistan
bu sahədə də özünü çıxdaş bir ölkəyə çevirib.
Azərbaycan həmin dövrdə dünya əhəmiyyətli
nəhəng layihələr
həyata keçirib və bu istiqamətdə
işləri uğurla
davam etdirir. Hələ keçən
əsrin sonunda Bakı-Novorossiysk, Bakı-Supsa
kimi neft kəmərləri işə
salınıb. Ardınca XXI əsrin əvvəlində
üçüncü minilliyin
nəhəng mühəndis
qurğusu olan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri çəkilib. Azərbaycanın, Gürcüstanın və
Türkiyənin ərazisində
1768 kilometr məsafə
boyu uzanan bu kəmər Xəzərin ölkəmizə
məxsus sektorundan çıxarılan nefti dünya bazarlarına çatdırır.
BTC bütün
regiona xeyir-bərəkət
gətirən kəmərdir
və belə bir xəttin Ermənistandan yan keçməsi bu ölkənin həm siyasi imicinə, həm də əhalisinin güzəranına
böyük zərbədir. Ermənistan eləcə
də Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsindən
kənarda qalıb.
Təbii
ki, bundan sonra çəkilən müxtəlif təyinatlı
xətlər də Ermənistandan keçməyib.
Azərbaycan qonşu Gürcüstan
və Türkiyə ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunu çəkib. "Şərq-Qərb" nəqliyyat
dəhlizinin tərkib
hissəsi olan bu yolla daşımalar
ildən-ilə artır.
Belə misallar çoxdur.
Ermənistan isə bütün bu nəhəng işlərə kənardan,
düşdüyü iqtisadi
dalandan seyrçi kimi baxır. Səbəb aydındır.
Bir daha vurğulayaq ki, Azərbaycan mükəmməl beynəlxalq
əməkdaşlıq və
tərəfdaşlıq platforması
yaradıb. Ölkəmiz bir çox qlobal layihələrin təşəbbüsçüsüdür və onları həmin əməkdaşlıq
və tərəfdaşlıq
şəraitində uğurla
həyata keçirir.
Ermənistan isə özünün
saysız-hesabsız səhvləri
və günahları
ucbatından bu platformadan uzaqda qalıb. Prezident İlham Əliyevin dediyi kimi: "Biz qonşularla dostluq, əməkdaşlıq, səmimiyyət
əsasında münasibətləri
qurmuşuq və məhz buna görə bu layihələrə nail olmuşuq.
Ermənistan isə əsrlərboyu
qonşulara xor gözlə baxır, qonşulardan nəsə qoparmaq istəyir, onların torpağına iddia edir, tarixi
saxtalaşdırır və
özününküləşdirməyə
cəhd edir. Fərq bundan ibarətdir".
Dövlətimizin başçısı
hələ Vətən
müharibəsindən əvvəl
o ölkənin layihələrdən
kənarda qalması barədə bunları da demişdir: "Ermənistanı bu enerji və nəqliyyat layihələrindən
biz təcrid etmişik
və bunu heç vaxt gizlətməmişik. Mən
hələ bir neçə il
bundan əvvəl demişdim ki, biz Ermənistanı regionda bizim iştirakımızla
reallaşdırılan bütün
önəmli layihələrdən
təcrid edəcəyik
və biz buna nail olduq, həmişə olduğu kimi, sözümüzə sadiq
qaldıq. Ermənistan bu gün bizim səylərimiz nəticəsində siyasi,
iqtisadi, investisiya, enerji və nəqliyyat dalanıdır.
Torpaqlarımızdan çıxmayana qədər bu vəziyyət belə də olacaq. Beləliklə, Ermənistan rəhbərliyi
növbəti dəfə
saxta məlumat əsasında Ermənistanı
Azərbaycanla müqayisə
etmək istəsə,
yaxşı fikirləşsin.
Çünki idman dili ilə desək,
Azərbaycan ali
liqada, Ermənistan isə üçüncü
liqadadır və getdikcə bu fərq daha da böyüyəcək".
Bu fərq
özünü onda daha aydın göstərdi ki, ermənilər zəbt etdikləri torpaqlarımıza
yiyələnə bilmədilər. Bu il noyabrın 8-də Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada
təşkil olunan tədbirdəki çıxışında
dediyi kimi: "Müharibəyə gedən
yol bir çox
istiqamətlərdən keçmişdir.
İlk növbədə, biz özümüz
ordumuzu lazımi silahlar və texnika ilə təchiz etməli idik. Bunun üçün də güclü iqtisadiyyat olmalı idi. Azərbaycan müstəqilliyi əldə edəndə bizim maliyyə, iqtisadi vəziyyətimiz çox ağır idi. Ona görə güclü
iqtisadiyyatın yaradılması
müharibədə qələbənin
qazanılması işində
önəmli amil kimi nəzərə alınırdı və
biz bunu etdik. Bizim iqtisadiyyatımız gücləndi,
biz öz hesabımıza
yaşayırıq, heç
kimin yardımına ehtiyacımız yoxdur, heç kimdən asılı deyilik, özümüz imkan daxilində öz həyatımızı qururuq
və yaxşı da qururuq".
İndi dünyanın müxtəlif
yerlərində gedən
iqtisadi proseslər, çətinliklər, böhranlar
Azərbaycan iqtisadiyyatının
dayanıqlı olduğunu
göstərir. Biz güclü
iqtisadiyyat yaratmışıq
və iqtisadi asılılığı tamamilə
aradan qaldırmışıq.
Əgər kimdənsə iqtisadi
cəhətdən asılı
olsaydıq, zəfər
çala bilməzdik.
Yəni qalib gəlmək üçün önəmli
layihələr icra etmişik. Bu gün dünyanın və bölgəmizin enerji-nəqliyyat xəritələrinə
baxmaq kifayətdir ki, hər kəs
təşəbbüsümüzlə icra edilən layihələrin həm ölkəmizə, həm
də tərəfdaşlarımıza
nə qədər böyük fayda gətirdiyini görsün.
Bu nəqliyyat və enerji layihələrində iştirak
edən ölkələrin,
dostlarımızın, müttəfiqlərimizin
sayı onlarladır.
İndiki mərhələdə bu işlər daha geniş vüsət alacaq.
Öz gücümüzlə, müzəffər
sərkərdəmizin iradəsi
və zəkası ilə, igidlərimizin qanı-canı bahasına
artıq mənfur işğalçını torpağımızdan
qovmuşuq. Şanlı qələbə qazanmışıq. İndi dövlətimiz,
Prezidentimiz böyük
humanizm göstərərək
erməniləri regionda
həyata keçirməyə
başladığımız layihələrdə iştirak
etməyə çağırır.
Lakin ermənilərin xisləti
bu mərhələdə
də özünü
aydın nümayiş
etdirir. Çünki onlar sülh
adamı deyil, qurub-yaratmağa maraqları
yoxdur, işləri-peşələri
dava-dalaşdır. Kapitulyasiya etdiklərinə,
üzərlərinə öhdəlik
götürdüklərinə baxmayaraq verdikləri sözdən qaçmaq istəyirlər.
Prezidentimiz Şuşada
noyabrın 8-də bu barədə demişdir:
"Zəngəzur dəhlizi
Ermənistanın öhdəliyidir,
öz üzərinə
öhdəlik götürüb.
Biz iki il
ərzində Laçın
yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük,
yerinə yetiririk, sərbəst hərəkət.
Ermənistan da öhdəlik
götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib
üstündən, nə
texniki-iqtisadi əsaslandırma
var, nə hansısa hərəkət
var, nə dəmir yolu, nə də avtomobil yolu. Biz nə vaxta
qədər gözləməliyik?
Bir sözlə, müharibədən keçən
iki il
ərzində biz öz
siyasətimizi davam etdirmişik. Biz iki il ərzində
böyük quruculuq işləri görmüşük,
Qarabağı və Şərqi Zəngəzuru
faktiki olaraq yenidən qururuq və quracağıq. Eyni zamanda ordumuzu gücləndiririk və gücləndirəcəyik".
Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistan yaxşı qonşu
olmağı bacarmır
və bunu istəmir. Buna görə
də Prezident İlham Əliyev deyir ki, Ermənistan
yaxşı qonşuluq
siyasəti aparmaq istəyirsə, birincisi,
2020-ci ilin 10 noyabr Bəyanatının bütün
müddəalarını yerinə
yetirməlidir: "Azərbaycanla
sülh üzrə aparılan danışıqlarda
səmimi olmalıdır.
Süni şəkildə vaxt uzatmamalıdır, hansısa
möcüzəni gözləməməlidir
ki, kimsə gəlib bunların yerinə vuruşacaq.
Heç kim
gəlib onların yerinə vuruşmayacaq, gəlib vuruşsa da, qarşısında yenə də Azərbaycan Ordusunu görəcək".
Flora SADIQLI
Azərbaycan.-
2022.-22 noyabr.- S.8.