Milli Məclisin komitə iclasında büdcə zərfinə daxil olan qanun layihələri ikinci oxunuşda müzakirə olunub 

 

Noyabrın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli iclası açaraq gündəliyi təqdim edib. O, gündəlikdə əsasən 2023-cü il üçün büdcə zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda müzakirəyə çıxarıldığını bildirib. BunlarAzərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi”, “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında”, “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında”, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Büdcə sistemi haqqındaNağdsız hesablaşmalar haqqındaqanunlarda dəyişiklik edilməsi barədə ikinci oxunuşda olan qanun layihələridir.

Komitə sədrinin müavini büdcə zərfinə daxil olan qanun layihələrinin komitə plenar iclaslarda geniş şəkildə müzakirə olunduğunu maliyyə naziri Samir Şərifovun büdcə zərfi barədə kifayət qədər müfəssəl məlumat verdiyini diqqətə çatdırıb. Ölkəmizin tarixində ən böyük büdcəyə münasibətin çox müsbət olduğunu vurğulayan Əli Məsimli büdcəyə bəzi dəyişikliklərin təklif edildiyini qeyd edib.

Çıxış edən maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, gələn ilin dövlət büdcəsi dövlətin öhdəliklərinin yerinə yetirilməsi, iqtisadi dayanıqlılığın inkişafın təmini üçün lazımi maliyyə təminatını yaradır. Maliyyə nazirinin müavini büdcə müzakirələrində deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, təkliflərinə münasibət bildirib.

Dövlət büdcəsində neftin bir barelinin qiymətinin dünyadakı maliyyə institutlarının təqdim etdiyi proqnozların ən aşağı həddində götürüldüyünü bildirən nazir müavini neftin ölkənin ümumi daxili məhsulunda büdcə daxilolmalarında payının getdikcə azaldığını vurğulayıb.

Azər Bayramov yeni səfirliklərin diplomatik nümayəndəliklərin açılması digər məsələlərlə bağlı xərclərin artdığı üçün büdcədə müvafiq düzəlişlərin edilməsinin təklif olunduğunu diqqətə çatdırıb. O, dəyişikliklərin qanunvericiliyə uyğun nəzərə alındığını bildirib.

Çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Dünya Bankının Beynəlxalq Valyuta Fondunun ölkəmiz haqqında müsbət rəy verdiklərini diqqətə çatdırıb. Bildirib ki, gələn ilin dövlət büdcəsi “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun hazırlanıb əsas diqqət tarazlığın qorunması dayanıqlı inkişafa yönəldilib.

Regionlara sərmayələrin yatırılması maliyyə imkanlarının yaradılması barədə danışan Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov maliyyə institutlarının zəmanət mexanizmləri alətlərindən daha çox istifadə etməsinin vacibliyini vurğulayıb.

Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı məlumat verib. O, işğaldan azad edilmiş ərazilərdə sosial sığortaların subsidiyalaşdırılmasının diqqətdə saxlanıldığını bildirib.

Müzakirələrdə deputatlar Vahid Əhmədov, Ziyad Səmədzadə, Vüqar Bayramov, Mahir Abbaszadə, Aydın Hüseynov, Rüfət Quliyev, Məzahir Əfəndiyev, Dövlət Gömrük Komitəsinin idarə rəisi Mirqasım Vahabov çıxış edərək fikirlərini bölüşüb, rəy təkliflərini səsləndiriblər.

Deputatlar ikinci oxunuşda müzakirəyə çıxarılan qanun layihələrini Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

Sonra komitə sədrinin müavini diqqətə çatdırıb ki, gündəlikdəki digər məsələlər birinci oxunuşda təqdim edilən 4 qanun layihəsidir. Belə ki, növbəti üç qanun layihəsi - Mülki Məcəllədə dəyişikliklər edilməsi barədə, Mülki Prosessual Məcəllədə, Vergi Məcəlləsində Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Valyuta tənzimi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “Banklar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İpoteka haqqındaİnvestisiya fondları haqqındaqanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri qiymətli kağızlarla bağlı qanunvericilikdə edilmiş dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır.

Miqrasiya Məcəlləsində Ələt azad iqtisadi zonası haqqındaQanunda dəyişiklik edilməsi barədə qanun layihəsində isə azad iqtisadi zonada fəaliyyət üçün verilən giriş vizasının, bu məqsədlə gəlmiş əcnəbilərin vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisinə daxil olması, müvəqqəti qalması məsələlərinin tənzimlənməsi üçün hüquqi əsaslar müəyyən edilir.

Komitə üzvləri birinci oxunuşda müzakirəyə çıxarılan qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İclasda deputatlar İqbal Məmmədov, Məşhur Məmmədov, Anar Məmmədov, əmək əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov digər rəsmi şəxslər iştirak ediblər.

 

Azərbaycan.- 2022.- 23 noyabr.- S.5.