İilham Əliyev Avropada ən populyar şəxsdir
"Dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada bilmirəm, o nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim".
Aleksandar VUÇIÇ, Serbiya Prezidenti
1 oktyabr
2022-ci il, Sofiya
"Prezident
Əliyev etibarlı tərəfdaşdır. Onun sözü
bizim üçün
yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox
inanırıq. O, ağıllı
insandır, hər şeyi görür, hər şeyi başa düşür, düzünü desəm,
mən bir az paxıllıq
edirəm. Prezident İlham Əliyevi
sevirlər və sevdiklərinə görə
ona zəng vururlar. Mən, həqiqətən, şadam ki, mənim böyük dostum və Serbiyanın böyük dostu necə uğur qazanıb və dəyişməyib.
Ölkəmizin təhlükəsizliyini təmin edəcəyik, ən azı cənab Əliyevin Azərbaycan üçün
etdiklərinin yarısını
edəcəyik".
Aleksandar VUÇIÇ, Serbiya Prezidenti
23 noyabr
2022-ci il, Belqrad
Avropa liderlərinin təmsil olunduğu məclisdə,
Yunanıstan-Bolqarıstan Qaz
İnterkonnektorunun (IGB) açılış
mərasimində Serbiya
Prezidenti Aleksandar Vuçiçin Azərbaycan
Prezidenti İlham Əliyevə xitabən səsləndirdiyi məlum
etiraf böyük əks-səda doğurdu. Bu, İlham Əliyevin qlobal liderliyinin Serbiya Prezidentnin timsalında məhz Avropa məkanında növbəti etirafı idi.
Dünən isə İlham Əliyev onun liderliyinə həsəd aparan və nüfuzunu yüksək qiymətləndirən Prezidenti
və onun dövlətini ziyarət etdi.
Bu dəfə
də Serbiya Prezidenti azərbaycanlı
həmkarının beynəlxalq
miqyasda nüfuzunu, imicini çox yüksək qiymətləndirərək
İlham Əliyevi sevilən, qəbul olunan lider kimi
təqdim etdi.
25 illik
uğurlu diplomatik münasibətlər
Azərbaycan-Serbiya münasibətləri son illərdə
yüksələn xətlə
inkişaf etməkdədir. 1997-ci il avqustun 21-də qurulan diplomatik münasibətlər ötən
25 ildə daha da şaxələndirilib.
2011-ci ilin fevral ayında Serbiyanın Azərbaycanda, 2011-ci il iyunun 8-də isə Azərbaycanın bu ölkədə səfirliyi açılıb.
2010-cu ilin
mayında Serbiyanın
sabiq Prezidenti Boris Tadiçin Azərbaycana
ilk rəsmi səfəri
baş tutdu ki, bu da
yüksək səviyyədə
intensiv dialoqun və dövlət başçıları arasında
xüsusi münasibətlərin
başlanğıcı oldu,
altı ikitərəfli
sənəd imzalandı.
Ölkələr arasında kənd təsərrüfatı, sənaye,
tikinti, energetika, informasiya texnologiyaları və digər sahələrdə əlaqələrin
genişləndirilməsi üçün
potensial var. Həmçinin
siyasi əlaqələr
yüksək səviyyədədir. İndiyədək iki ölkə arasında 44 sənəd imzalanmışdı. İlham Əliyevin
bu ölkəyə dünənki rəsmi səfəri çərçivəsində
imzalanan daha 8 sənədlə onların
sayı 52-yə çatdı.
Bu sənədlər
arasında 2013-cü ildə
imzalanmış "Dostluq
münasibətləri və
strateji tərəfdaşlıq
haqqında Bəyannamə"
və 2018-ci ildə imzalanmış "Strateji
tərəfdaşlıq üzrə
Birgə Fəaliyyət
Planı" xüsusi
əhəmiyyət daşıyırdı.
Dünən də dövlət başçıları vacib
sənədlərə imza
atdılar. Bunların sırasında "Azərbaycan
Respublikası Prezidenti
ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat", "Azərbaycan
Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının
yaradılması haqqında
Memorandum" və onun
əlavəsi olan
"Azərbaycan Respublikası
və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq
Şurasının Əsasnaməsi"
mühüm sənədlərdir.
Bu sənədlərin
əhəmiyyətini dəyərləndirərkən
İlham Əliyev dedi ki, imzalanmış
sənədlər ikitərəfli
əlaqələrin hüquqi
bazasını təşkil
edir və onların arasında, əlbəttə ki, strateji tərəfdaşlıq
haqqında sənədlər
xüsusi yer tutur: "Biz, sözün
əsl mənasında,
strateji tərəfdaşıq.
Çünki bir çox
sahələrdə uğurla
əməkdaşlıq edirik
və bizim əməkdaşlığımızın strateji hədəfləri
var".
Azərbaycan ilə Serbiya arasında siyasi dialoq, humanitar əməkdaşlıq daim
yüksək səviyyədə
olub. Hələ 2011-ci il
iyunun 8-9-da Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri çərçivəsində
dövlət başçısı
Belqradın Taşmaydan
parkında Azərbaycan
xalqının Ümummilli
Lideri Heydər Əliyevin abidəsinin, həmçinin Novi Sad şəhərində
dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin büstünün
açılışlarında iştirak etmişdi.
"Dostluğumuz əbədi olacaq"
Son illərdə
Serbiya prezidentləri Azərbaycana bir neçə dəfə səfərə gəliblər. Aleksandar
Vuçiçin Serbiya
Prezidenti kimi Azərbaycana səfəri
isə 2018-ci il mayın 21-22-də
reallaşıb.
Dünən isə İlham Əliyev serbiyalı həmkarını
bir daha Azərbaycana səfərə
dəvət etdi:
"Prezident Vuçiçi
Azərbaycana səfərə
dəvət etdim. Hesab edirəm ki, ilin sonuna qədər
bu səfər gerçəkləşə bilər
və ondan sonra, əlbəttə, mən də yenidən gələcəyəm.
Belə səfərlərimiz çox
olacaq. Bizim dostluğumuz da
əbədi olacaq".
Səfər zamanı dövlət başçıları çox
mühüm məsələlər
ətrafında müzakirələr
apardılar, bəzi beynəlxalq proseslərə
də toxundular. Eyni zamanda
regional təhlükəsizlik məsələlərini müzakirə
etdilər.
İlham Əliyev
bəyan etdi ki, iki ölkə
arasında təbii qaz, elektrik enerjisi
sahələrində əməkdaşlıq
üçün yeni imkanlar var: "Azərbaycanın zəngin
qaz resursları bu gün bir
çox ölkələrin
enerji təhlükəsizliyinin
təmin edilməsində
öz rolunu oynayır və bizim rolumuz getdikcə
artacaq. Əlbəttə
ki, ilk növbədə
biz dost olan ölkələrlə
bu sahədə və bütün başqa sahələrdə
əməkdaşlığı dərinləşdirmək fikrindəyik".
Prezident həmçinin hərbi-texniki
sahədə əməkdaşlığın
aparıldığını və bu əlaqələrin
daha da dərinləşməsi,
daha geniş vüsət alması istiqamətində əlavə
addımların atılacağını
vurğuladı.
Azərbaycan Prezidentinin Serbiyaya səfəri, aparılan danışıqlar, imzalanan
sənədlər onu
deməyə əsas verir ki, iki
ölkə arasındakı
strateji tərəfdaşlıq
güclənəcək və
müxtəlif sahələr
üzrə əməkdaşlıq
bundan sonra daha da şaxələnəcək.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2022.- 24 noyabr.- S.1; 4.