"Şəhid adının əbədiləşdirilməsi
və şəhid ailələrinə edilən güzəştlər
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, ¹ 21, maddə 590; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 5, maddələr 282, 293; 2001, ¹ 12, maddə 731; 2003, ¹ 10, maddə 539; 2004, ¹ 7, maddə 507; 2007, ¹ 5, maddə 401, ¹ 6, maddə 561; 2008, ¹ 7, maddə 602; 2016, ¹ 11, maddə 1764; 2019, ¹ 5, maddə 797; 2020, ¹ 7, maddə 826; 2021, ¹ 6 (I kitab), maddə 536; ¹ 7, maddə 706, ¹ 8, maddə 896, ¹ 10, maddə 1093, ¹ 11, maddə 1200) 6-cı maddəsinə "Azərbaycan Respublikasının" sözlərindən sonra "dövlət" sözü, "fondlarından" sözündən sonra ", habelə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına" sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 noyabr
2022-ci il
Azərbaycan.
- 2022.- 25 noyabr.- S.2.