Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının

94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 4, maddə 213; 2001, ¹ 3, maddə 143, ¹ 6, maddə 362, ¹ 11, maddələr 672, 679, ¹ 12, maddə 731; 2002, ¹ 1, maddə 2, ¹ 5, maddə 241, ¹ 6, maddə 328; 2003, ¹ 1, maddələr 9, 23; 2004, ¹ 1, maddə 10, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 6, maddə 413, ¹ 7, maddə 505, ¹ 9, maddə 672, ¹ 12, maddə 981; 2005, ¹ 3, maddə 151, ¹ 4, maddə 278, ¹ 7, maddə 560, ¹ 10, maddə 874, ¹ 11, maddə 1001, ¹ 12, maddə 1094; 2006, ¹ 3, maddələr 220, 222, ¹ 5, maddə 385, ¹ 11, maddə 923, ¹ 12, maddələr 1004, 1025, 1030; 2007, ¹ 5, maddələr 401, 437, ¹ 6, maddə 560, ¹ 8, maddə 756, ¹ 11, maddələr 1049, 1053; 2008, ¹ 3, maddə 156, ¹ 7, maddələr 600, 602, ¹ 10, maddə 887, ¹ 11, maddə 960; 2009, ¹ 2, maddə 48, ¹ 5, maddə 294, ¹ 6, maddə 399, ¹ 12, maddələr 949, 969; 2010, ¹ 2, maddələr 70, 75, ¹ 4, maddə 275; 2011, ¹ 1, maddə 11, ¹ 2, maddələr 70, 71, ¹ 6, maddə 464, ¹ 7, maddə 598; 2012, ¹ 11, maddə 1054; 2013, ¹ 2, maddələr 89, 101, ¹ 11, maddə 1268; 2014, ¹ 2, maddə 92, ¹ 10, maddə 1162, ¹ 11, maddə 1339, ¹ 12, maddə 1527; 2015, ¹ 2, maddə 97, ¹ 3, maddə 250, ¹ 6, maddə 680; 2016, ¹ 2 (I kitab), maddələr 190, 201, ¹ 5, maddə 847, ¹ 11, maddə 1767; 2017, ¹ 6, maddələr 1031, 1048, ¹ 12 (I kitab), maddələr 2187, 2189; 2018, ¹ 1, maddə 13, ¹ 6, maddə 1155, ¹ 7 (I kitab), maddələr 1380, 1408, ¹ 12 (I kitab), maddə 2532; 2019, ¹ 1, maddə 35, ¹ 4, maddə 570, ¹ 5, maddələr 796, 804, ¹ 7, maddə 1182, ¹ 8, maddə 1380; 2020, ¹ 1, maddə 1, ¹ 5, maddə 522, ¹ 7, maddə 832, ¹ 11, maddələr 1322, 1332, 1335, ¹ 12 (I kitab), maddə 1424; 2021, ¹ 1, maddə 2, ¹ 5, maddə 427, ¹ 6 (I kitab), maddələr 539, 541, ¹ 7, maddələr 698, 711, ¹ 8, maddə 894, ¹ 11, maddə 1203; 2022, ¹ 6, maddə 582) aşağıdakı dəyişikliklər edilsin:

1. 11-ci maddənin 1-ci hissəsinin "g" bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda "ğ" bəndi əlavə edilsin:

"ğ) işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində   əlavə təhsilini təşkil etmək.".

2. 65-ci maddənin 5-ci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.".

 3. 67-ci maddənin 2-ci hissəsinə "işçinin" sözündən əvvəl "işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud" sözləri əlavə edilsin.

4. 78-ci maddənin 1-ci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.".

5. 179-cu maddənin 2-ci hissəsinin "h" bəndində "ayrılmaqla" sözü "tamya qismən ayrılmaqla" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 noyabr 2022-ci il

 

Azərbaycan. - 2022.- 25 noyabr.- S.3.