Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpotekaKredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 6, maddə 1036; 2017, ¹ 4, maddə 526, ¹ 7, maddələr 1340, 1370, ¹ 8, maddə 1521, ¹ 12 (I kitab), maddə 2328; 2018, ¹ 5, maddə 900, ¹ 9, maddə 1825; 2019, ¹ 1, maddə 58, ¹ 4, maddə 618; 2020, ¹ 5, maddə 541; 2021, ¹ 5, maddə 435; 2022, ¹ 2, maddə 102; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 avqust tarixli 1781 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpotekaKredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1.  3.2.1-ci yarımbəndin 1-ci, 1-1-ci və 2-ci abzasları aşağıdakı redaksiyada verilsin:

"1. şəhidin övladları;

1-1. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları.

2.  Azərbaycanın Milli Qəhrəmanının övladları;".

2. 3.2.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.2.9 - 3.2.11-ci yarımbəndlər əlavə edilsin:

"3.2.9. şəhid ailəsinin üzvü (əri/arvadı);

3.2.10. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı);

3.2.11. Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı).".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 noyabr 2022-ci il

 

Azərbaycan.- 2022.- 25 noyabr.- S.3.