İlham Əliyev
Azərbaycana regional və beynəlxalq
üstünlüklər qazandırıb
İran və Ermənistan heç bir əngəl yarada bilməz
Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində formalaşan yeni inkişaf modeli Azərbaycanı beynəlxalq
aləmdə güclü
və nümunəvi dövlət kimi tanıdır. Prezidentin təşəbbüsü ilə
həyata keçirilən
tədbirlər nəticəsində
ölkəmizdə iqtisadiyyatın
şaxələndirilməsinə nail olunub, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə,
eləcə də Avropanın enerji təminatçısına çevrilib.
Zəfərimiz iqtisadi əməkdaşlıq
imkanlarını artırıb
Bu barədə danışan
Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib ki, son illərdə
regional, o cümlədən də şərq-qərb,
şimal-cənub istiqamətli
əməkdaşlıq əlaqələrinin
inkişafında ölkəmizin
rolu əvəzedilməzdir:
"Vətən müharibəsində
qazanılmış zəfər
yeni dövrdə iqtisadi əməkdaşlıq
potensialının daha
da gücləndirilməsinə
yol açıb. Bu gün Çindən
başlayan yol məhz Azərbaycan vasitəsilə Qərbə
doğru uzanır.
Azərbaycanın yeni geosiyasi
nizamda tutduğu bu yer düzgün
siyasi kursa əsaslanır. Prezident İlham
Əliyevin uğurlu daxili və xarici siyasət kursu ölkəmizin beynəlxalq arenadakı cari regional lider rolunu və yerini müəyyənləşdirib".
Ə.Kazımova qeyd edib ki,
Azərbaycanın Avropanın
enerji təminatında
iştirakı ilə
bağlı çoxvektorlu
siyasət yürütməsi
böyük uğurlarla
müşahidə olunur. O bildirib
ki, bu gün
Azərbaycan Avropanın
enerji təminatında
mühüm mərkəz
qismində iştirak edir.
"Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan Trans-Adriatik boru kəməri təxminən iki il əvvəl tamamlanıb. Bununla belə tələbat
gündən-günə artır.
Cənab Prezident də öz çıxışında vurğuladı
ki, artıq bu gün biz həcmin iki dəfə - 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılmasına tələbatı
görürük: "Bunun
üçün bütün
pay sahiblərinin konsolidasiya
olunmuş mövqeyi və sərmayəsi lazım olacaq. Azərbaycan
TAP-da yalnız 20 faiz paya sahibdir.
TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə genişlənməsi gözlənilir.
Azərbaycan özünün enerji siyasətini şaxələndirməklə mühüm üstünlüklər
əldə edir.
Bu ilin iyul
ayında Azərbaycan
Avropa Komissiyası ilə enerji təchizatını iki dəfə artırmaq üçün anlaşma
memorandumu imzalayıb.
Azərbaycanın enerji potensialı
da kifayət qədər zəngindir.
Qarşıdakı illərdə istismara
verilməsi planlaşdırılan
yeni qaz yataqlarımız mövcuddur",
- deyə partiya sədri bildirib.
Regionun nəqliyyat-infrastruktur layihələrinə maneə yaradıla bilməz
Partiya sədri qeyd edib ki, qlobal layihələrin reallaşması üçün ilkin növbədə daxili sabitlik olmalıdır. Onun dediyinə görə, Orta dəhlizin tam istismara verilməsinə nail olmaq üçün təhlükəsizlik və iqtisadi potensial ən vacib şərtlərdəndir: "Prezident İlham Əliyev "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında da bildirdi ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir: "Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da həmçinin bizim daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb".
Ə.Kazımovanın sözlərinə görə, daxili iqtisadi mühitin inkişafı istiqamətində atılan addımlar yeni dövrdə Azərbaycana mühüm üstünlüklər qazandırıb: "İllərdir ki, yeni infrastrukturların qurulması istiqamətində əsaslı işlər görülür. Cənab Prezident bildirib ki, Azərbaycan infrastrukturun inkişafına uzun illər ərzində sərmayə yatırır. İndi isə dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda Azərbaycanda hər şeyin hazır olduğunu görürük. Bu kimi amillər ölkəmizin geosiyasi və geoiqtisadi əməkdaşlıq platformasındakı fəaliyyətinə mühüm üstünlüklər qazandırır".
Partiya sədri deyib ki, "Şimal-Cənub" dəhlizi kimi, digər nəqliyyat layihələri də "Şərq-Qərb" dəhlizinə əsaslı dəstək və uğur qazandıracaq: "Azərbaycanın hər iki dəhlizin iştirakçısı olmasının səbəbləri isə ölkəmizin bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturunun hazır olmasından irəli gəlir. Ölkəmizdə ən müasir nəqliyyat-kommunikasiya sistemləri inşa edilir. Yeni iqtisadi nizamda özünəməxsus yer tutan Azərbaycan yükləri öz ərazisindən operativ nəql etmək potensialına malikdir. Təbii ki, bunun üçün yeni tankerlər, bərələr və yük gəmiləri lazımdır. Dövlət başçısının da qeyd etdiyi kimi, Bakıda gəmi infrastrukturu və yeni gəmiqayırma zavodlarının olması ölkəmizin mövcud istiqamətdəki potensialını artırır".
Ə.Kazımova onu da qeyd edib ki, ölkəmiz "Şərq-Qərb", "Şimal-Cənub" dəhlizləri, dəmir yolu və ya magistral yol, hava limanları, donanma, yaxud dəniz limanı vasitəsilə imkanlarını daha da genişləndirib: "Dəhliz marşrutunun iştirakçısı olan ölkələrin hər birinin belə hazırlıqlı olması mühüm şərtdir. Təbii ki, burada təhlükəsizlik amili də vacib elementlərdən biri kimi çıxış edir. Bəzi region ölkələrinin, məsələn, İranın və ya Ermənistanın bu prosesə mane olmaq cəhdləri heç bir işə yaramayacaq. Dövlət başçısı da bildirib ki, İran və ya Ermənistan regionun nəqliyyat-infrastruktur layihələrinə əngəl törədə bilməz. Ermənistan regionda faktiki olaraq dalana dirənmiş ölkədir. Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir. Onların nəqliyyat şəbəkəsi köhnəlib və onlara məxsus deyil. İran isə özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır, çünki bu layihələr heç kimin əleyhinə deyil, hamının xeyrinədir. Odur ki, Azərbaycanın regionda yaratdığı yeni əməkdaşlıq platforması iqtisadi imkanların genişlənməsinə əsaslı zəmin yaradıb".
Nəzrin
QARDAŞXANOVA,
Azərbaycan.-2022.- 30 noyabr.- S.5.