Azərbaycan
ilə Türkmənistan arasında ticarət dövriyyəsi
daha da artacaq
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da
Türkmənistanın Baş nazirinin ticarət kompleksi
üzrə müavini Batır Atdayevin başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC
xəbər verir ki, Batır Atdayev Türkmənistan Prezidenti
Sərdar Berdiməhəmmədovun salamlarını və
ehtiramını Prezident İlham Əliyevə
çatdırdı. O qeyd etdi ki, Azərbaycan Prezidentinin bu
ilin iyununda Aşqabadda Xəzəryanı Dövlətlərin
Dövlət Başçılarının VI Zirvə
Toplantısında iştirak etmək üçün
Türkmənistana səfərinə ölkəsində
böyük önəm verilir.
Prezident
İlham Əliyev salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını Sərdar Berdiməhəmmədova
çatdırmağı xahiş etdi.
Görüşdə
Azərbaycan-Türkmənistan ikitərəfli əlaqələrinin
inkişafından məmnunluq bildirildi, ölkələrimiz
arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq
üzrə birgə Hökumətlərarası Komissiyanın
bu gün Bakıda keçiriləcək iclasında
müzakirə ediləcək məsələlər qeyd
olundu, energetika, nəqliyyat, logistika, malların
qarşılıqlı təchizatı məsələləri
barəsində fikir mübadiləsi aparıldı.
Söhbət
zamanı Azərbaycan ilə Türkmənistan arasında ticarət
dövriyyəsinin artdığı qeyd edildi,
qarşıdakı dövrdə bu dövriyyənin daha da
genişlənməsi üçün birgə layihələrin
həyata keçirilməsinin vacibliyi vurğulandı. Eyni
zamanda, gəmiqayırma, gəmi təmiri və digər sənaye
sahələrində əməkdaşlıq imkanları
müzakirə edildi.
Azərbaycan.-2022.- 30 noyabr.- S.2.