Məhəmməd
bin Abdullah Əl Qərqavini : "İlham Əliyevin rəhbərliyi
ilə bütün sahələrdə əldə edilən
nailiyyətlər dost və qardaş BƏƏ-ni
sevindirir"
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da
Birləşmiş Ərəb Əmirliklərinin
(BƏƏ) Kabinet işləri naziri Məhəmməd bin
Abdullah Əl Qərqavini qəbul edib.
AZƏRTAC
xəbər verir ki, Məhəmməd bin Abdullah Əl Qərqavi
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti
Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın və
vitse-prezident Şeyx Məhəmməd bin Rəşid
Əl-Maktumun salamlarını və xoş sözlərini
dövlətimizin başçısına
çatdırdı.
Prezident
İlham Əliyev salamlara və xoş sözlərə
görə minnətdarlığını bildirdi, onun da
salamlarını Birləşmiş Ərəb Əmirliklərinin
Prezidentinə və vitse-prezidentinə
çatdırmağı xahiş etdi.
Söhbət
zamanı iki ölkənin liderləri arasında səmimi
dostluq münasibətlərinin olmasının əlaqələrimizin
inkişafında mühüm əhəmiyyət kəsb etdiyi
vurğulandı.
Məhəmməd
bin Abdullah Əl Qərqavi Bakının gözəlliyinə
və təmizliyinə heyran olduğunu bildirdi, Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin
bütün sahələrdə əldə etdiyi nailiyyətlərin
dost və qardaş ölkə olaraq BƏƏ-ni sevindirdiyini
diqqətə çatdırdı. Qonaq ölkələrimizin
aidiyyəti nazirlikləri və dövlət təşkilatları
arasında da yaxın əməkdaşlıq əlaqələrinin
qurulduğunu vurğuladı.
Azərbaycana
səfəri çərçivəsində “ASAN xidmət” mərkəzi
ilə tanışlığını, bu konsepsiyanı
böyük maraqla qarşıladığını, burada vətəndaşlara
çox səmərəli və operativ xidmət göstərildiyinin
şahidi olduğunu deyən Məhəmməd bin Abdullah
Əl Qərqavi vətəndaş məmnunluğu prinsipi əsasında
fəaliyyət göstərən “ASAN xidmət”in Azərbaycan
Prezidentinin uzaqgörən və mükəmməl təşəbbüslərindən
biri olduğunu məmnunluqla qeyd etdi, bu sahədə əməkdaşlığın
vacibliyini bildirdi.
Birləşmiş
Ərəb Əmirliklərinin əldə etdiyi nailiyyətlərin
də dost və qardaş ölkə olaraq Azərbaycanı
sevindirdiyini diqqətə çatdıran dövlətimizin
başçısı BƏƏ rəhbərliyi ilə
dostluq münasibətlərini qeyd etdi və ölkələrimiz
arasında əməkdaşlığın əhəmiyyətini
vurğuladı. İkitərəfli əlaqələrimizin
çox yaxşı səviyyəsindən
çıxış edərək bərpaolunan enerji sahəsində
əməkdaşlığın genişləşdirildiyini
deyən dövlətimizin başçısı bu xüsusda
BƏƏ-nin aparıcı şirkətlərindən olan
“Masdar”ın Azərbaycanda investisiya qoyuluşu layihəsini
qeyd etdi.
Prezident
İlham Əliyev işğal dövründə ərazilərimizdə
Ermənistanın törətdiyi dağıntılardan
danışdı, hazırda Azərbaycanın həmin ərazilərdə
ən müasir şəhərsalma konsepsiyası tətbiq
olunmaqla həyata keçirdiyi bərpa-quruculuq işləri
barədə məlumat verdi.
Görüşdə
qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2022.- 30 noyabr.- S.2.