Baş nazir Əli Əsədov Tatarıstan Prezidenti Rüstəm Minnixanov
ilə görüşüb
Noyabrın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov ilə görüşüb.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, görüşdə Azərbaycan ilə Tatarıstan
arasında müxtəlif sahələrdə əlaqələrin
inkişafından məmnunluq bildirilib,
qarşılıqlı maraq doğuran istiqamətlər
üzrə ikitərəfli əlaqələrin perspektivləri
müzakirə edilib.
Rüstəm
Minnixanovun səfəri çərçivəsində
Bakıda keçirilmiş Azərbaycan-Tatarıstan
işgüzar forumunun əhəmiyyəti vurğulanıb. Tərəflər
əmin olduqlarını bildiriblər ki,
Azərbaycan ilə Tatarıstan arasında əməkdaşlıq
bundan sonra da qarşılıqlı faydalı Azərbaycan-Rusiya
tərəfdaşlığının daha
da möhkəmlənməsinə şərait
yaradacaq.
Azərbaycan.-2022.- 30 noyabr.- S.2.