Azərbaycan Respublikasının İsrail
Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin
təsis edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyi təsis edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 noyabr
2022-ci il
Azərbaycan.-2022.-
27 noyabr.- S.2.