"Azərbaycan Respublikası
Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının
Təhsil, Elm və Mədəniyyət Təşkilatı
arasında 2023-cü il 14-17 mart tarixlərində Bədən Tərbiyəsi
və İdman üzrə Nazirlərin və
Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq
Konfransının (MİNEPS VII), eləcə də əlaqədar
yığıncaqların təşkilinə dair
Ev Sahibliyi
haqqında" Sazişin təsdiq edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında 2023-cü il 14-17 mart tarixlərində Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII), eləcə də əlaqədar yığıncaqların təşkilinə dair Ev Sahibliyi haqqında" 2022-ci il oktyabrın 28-də Paris şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 noyabr
2022-ci il
Azərbaycan.- 2022.- 27 noyabr.- S.2.