"Elmi dərəcələr
verilməsi qaydası haqqında Əsasnamə"nin və
"Elmi adlar verilməsi
qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
"Elmi dərəcələr verilməsi
qaydası haqqında Əsasnamə"nin və "Elmi adlar verilməsi
qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 6, maddə 1020)
aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Fərmanla təsdiq
edilmiş "Elmi dərəcələr
verilməsi qaydası haqqında Əsasnamə" üzrə:
1.1. 2.7.1-ci yarımbənddən "iddia olunan" sözləri
çıxarılsın;
1.2. 2.7.2-ci yarımbəndə "ingilis" sözündən əvvəl
"dissertasiyanı Azərbaycan və ya rus dillərində yazan və
müdafiə edən iddiaçılar üçün"
sözləri əlavə edilsin;
1.3. 2.7.3-cü yarımbəndə
"əcnəbi" sözündən əvvəl
"dissertasiyanı Azərbaycan dilində yazan
və müdafiə edən" sözləri əlavə edilsin;
1.4. 2.13-cü bənddə
"iddiaçısının hazırladığı"
sözləri "iddiaçılarının
hazırladıqları" sözləri ilə əvəz edilsin;
1.5. 2.17-ci bənddən "ikisi həmmüəllifsiz olmaqla"
sözləri çıxarılsın;
1.6. 2.18-ci bənddən "beşi həmmüəllifsiz olmaqla"
sözləri çıxarılsın;
1.7. 3.5.1-ci yarımbəndə
"aktuallığı," sözündən sonra "predmeti," sözü əlavə edilsin;
1.8. 3.11-ci və 3.17-ci bəndlərə
"Azərbaycan" sözündən sonra
", ingilis" sözü
əlavə edilsin;
1.9. aşağıdakı məzmunda 3.18-1-ci bənd əlavə edilsin:
"3.18-1. Avtoreferat ingilis dilində yazıldıqda, onun Komissiyanın müəyyən etdiyi miqdarda (30-dan çox olmamaqla) Azərbaycan
dilində nüsxələri çap edilir.";
1.10. 4.8-ci bəndin birinci abzasında "üç"
sözü "iki"
sözü ilə, "beş"
sözü "dörd"
sözü ilə əvəz edilsin;
1.11. 5.1-ci bənddən ",
iddiaçının seçiminə uyğun
olaraq," sözləri
çıxarılsın;
1.12. 5.30-cu bənddən ikinci və üçüncü
hallarda "dissertasiya
və" sözləri çıxarılsın;
1.13. 5.34-cü bəndə
"üzvləri" sözündən sonra
vergül işarəsi, "elmi katibləri," sözlərindən sonra "elmi
seminarların sədrləri," sözləri əlavə edilsin;
1.14. 5.43-cü bənddə "üç" sözü
"iki" sözü
ilə, ikinci halda
"beş" sözü
"dörd" sözü
ilə əvəz edilsin;
1.15. 5.52-ci bənd
aşağıdakı redaksiyada verilsin:
"5.52. Gizli səsvermə
zamanı dissertasiya şurasının
iclasında iştirak edən müdafiənin
keçirildiyi ixtisas
üzrə dissertasiya şurasının
üzvləri və dissertasiya
şurasının digər üzvləri forması Komissiya tərəfindən müəyyən
edilən bülletenlər vasitəsilə səs verirlər.";
1.16. 5.53-cü bənddə "şura" sözü
"iclasda iştirak
edən dissertasiya şurası"
sözləri ilə əvəz olunsun və
həmin bəndə "dissertasiya
şurasının" sözlərindən sonra
"iclasda iştirak
edən" sözləri əlavə edilsin;
1.17. 5.54-cü bəndin birinci
cümləsi aşağıdakı redaksiyada
verilsin:
"Hesablama
komissiyasının protokolunda əvvəl
müdafiənin keçirildiyi ixtisas üzrə dissertasiya
şurası üzvlərinin səsverməsinin nəticəsi,
sonra dissertasiya
şurasının digər üzvlərinin səsverməsinin
nəticəsi göstərilir.";
1.18. 6.2-ci bəndin birinci
cümləsinə birinci halda
"Azərbaycan" sözündən sonra
", ingilis" sözü
əlavə edilsin;
1.19. 6.5-ci bənddə "onu vəsatət qaldıran elmi
müəssisə və təşkilata, ali
təhsil müəssisəsinə və ya
müdafiənin keçirildiyi dissertasiya şurasına qaytarır"
sözləri "iddiaçıya elmi dərəcə
verilməsindən imtina barədə qərar
qəbul edir" sözləri ilə əvəz
edilsin.
2. Həmin Fərmanla təsdiq
edilmiş "Elmi adlar verilməsi qaydası haqqında
Əsasnamə" üzrə:
2.1. 1.3-cü bəndə
birinci halda
"iddiaçılara" sözündən sonra
"elmi dərəcənin verildiyi elm sahəsində"
sözləri əlavə edilsin;
2.2. 2.1-ci, 3.1-ci və 3.6-cı bəndlərdə
"təşkilatların" sözləri "təşkilatlarda"
sözləri ilə əvəz olunsun və
birinci halda "direktor" sözündən sonra
"(rəhbər)" sözü əlavə
edilsin;
2.3. 2.3-cü, 2.6-cı,
3.3-cü və 3.9-cu bəndlərdən ", əməkdar
mədəniyyət işçisi"
sözləri çıxarılsın;
2.4. 2.6.1-ci yarımbənddən hər
iki halda "əməkdar
mədəniyyət işçisi və ya" sözləri
çıxarılsın;
2.5. 2.6.6.1-ci və 2.8.6.1-ci yarımbəndlərdən
"(azı ikisi həmmüəllifsiz)"
sözləri çıxarılsın;
2.6. 3.1.5.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz
olunsun və aşağıdakı məzmunda
3.1.5.3-cü və 3.1.5.4-cü yarımbəndlər əlavə
edilsin:
"3.1.5.3.
iddiaçı müvafiq ixtisas
üzrə xaricdə siyahısı Komissiya
tərəfindən müəyyən edilən akademik nəşriyyatlarda həmmüəllifsiz
monoqrafiya (xarici dildə,
elmi müəssisə və təşkilatın,
ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə çapa tövsiyə edilməli, fəlsəfə
doktoru dissertasiyasını təkrarlamamalı və həcmi dörd
yüz min işarədən
az olmamalı) nəşr etdirməlidir (bu halda bu
Əsasnamənin 3.1.3-cü yarımbəndində nəzərdə
tutulmuş monoqrafiyanın nəşr
etdirilməsi tələb olunmur);
3.1.5.4.
iddiaçının siyahısı Komissiya
tərəfindən müəyyən edilən beynəlxalq
xülasələndirmə və indeksləmə sistemlərində
(bazalarında) H-indeksi humanitar
və ictimai elmlər üzrə azı beş, dəqiq və təbiət elmləri
üzrə azı on olmalıdır
(özünə istinadlar istisna
olmaqla).";
2.7. 3.6.3-cü və
3.7.3-cü yarımbəndlərə "xaricdə"
sözündən sonra
"siyahısı Komissiya tərəfindən
müəyyən edilən akademik nəşriyyatlarda"
sözləri əlavə edilsin;
2.8. 3.6.5.1-ci və
3.7.6.1-ci yarımbəndlərdən "(o
cümlədən azı üçü
həmmüəllifsiz)" və "(o
cümlədən azı beşi həmmüəllifsiz)"
sözləri çıxarılsın;
2.9. 3.6.5.2-ci və
3.7.6.2-ci yarımbəndlərdən "(o
cümlədən azı ikisi həmmüəllifsiz)"
və "(o cümlədən azı üçü həmmüəllifsiz)"
sözləri çıxarılsın;
2.10. 3.6.5.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz
olunsun və aşağıdakı məzmunda
3.6.5.3-cü yarımbənd əlavə edilsin:
"3.6.5.3.
iddiaçının siyahısı Komissiya
tərəfindən müəyyən edilən beynəlxalq
xülasələndirmə və indeksləmə sistemlərində
(bazalarında) H-indeksi humanitar
və ictimai elmlər üzrə azı beş, dəqiq və təbiət elmləri
üzrə azı on olmalıdır
(özünə istinadlar istisna
olmaqla).";
2.11. 3.7.6.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz
olunsun və aşağıdakı məzmunda 3.7.6.3-cü yarımbənd əlavə
edilsin:
"3.7.6.3.
iddiaçının siyahısı Komissiya
tərəfindən müəyyən edilən beynəlxalq
xülasələndirmə və indeksləmə sistemlərində
(bazalarında) H-indeksi humanitar
və ictimai elmlər üzrə azı beş, dəqiq və təbiət elmləri
üzrə azı on olmalıdır
(özünə istinadlar istisna
olmaqla).";
2.12. 3.12.5-ci, 3.13.4-cü və 3.14.5-ci
yarımbəndlərdən "(azı ikisi
həmmüəllifsiz)" sözləri
çıxarılsın;
2.13. 5.7-ci bənddə "onu vəsatət qaldıran elmi
müəssisə və təşkilata, ali
təhsil müəssisəsinə və ya
müdafiənin keçirildiyi dissertasiya şurasına qaytarır"
sözləri "iddiaçıya elmi ad verilməsindən imtina
barədə qərar qəbul edir"
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 26 noyabr 2022-ci il
Azərbaycan. - 2022.-
27 noyabr.- S.2.