Xalid Teymur Əkrəm: “Ağdama hər səfərimdə
erməni vandallığından dəhşətə gəlirəm”
Bu mənim Ağdama ikinci səfərimdir. Hər iki gəlişimdə erməni vandallığını görərək dəhşətə gəlmişəm.
Bu
fikirləri AZƏRTAC-a açıqlamasında Pakistanın Qlobal və Strateji
Araşdırmalar Mərkəzinin İcraçı direktoru Xalid Teymur Əkrəm deyib. O bildirib ki, Azərbaycan azad edilmiş torpaqlarda çox sürətlə
bərpa işləri həyata keçirir:
“Burada bərpa işləri sürətlə
davam edir. Pakistan Azərbaycanın hər zaman haqlı mövqeyini dəstəkləyib
və Ermənistanı dövlət kimi
tanımayıb. Mən ümid edirəm ki, ölkənizin yenidənqurma işləri
tezliklə yekunlaşacaq və regionda sülh tezliklə
bərqərar olacaq”.
Azərbaycan.-
2022.- 27 noyabr.- S.5.