Maykl Doran: “Azərbaycan
Avropa və Asiyanı birləşdirən
mühüm ölkədir”
İşğaldan azad edilmiş ərazilərdə bərpa işləri sürətlə davam edir. İki gözəl hava limanının inşası buna sübutdur.
Bu fikirləri Ağdamda səfərdə olan ABŞ-ın Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran AZƏRTAC-a açıqlamasında söyləyib.
Ağdam şəhərinin yenidən qurulduğunu deyən Maykl Doran bildirib: “Ümid edirəm ki, Ağdamda həyat yenidən canlanacaq. Azərbaycan Avropa və Asiyanı birləşdirən mühüm ölkədir. Bu regionun inkişafı üçün sülhün olması vacibdir”.
Azərbaycan.- 2022.- 27 noyabr.- S.5.