Prezident
İlham Əliyevin göstərişinə əsasən
bölgələrdə vətəndaşların qəbulu
keçirilir
Azərbaycan
Respublikası Prezidentinin tapşırığına uyğun
olaraq, mərkəzi icra hakimiyyəti orqanları və digər
idarəetmə qurumlarının rəhbərləri tərəfindən
hər ay bölgələrdə vətəndaşların qəbulu
keçirilir. Qəbulların məqsədi sakinlərin
müraciət və problemlərinin yerində dinlənilməsi,
onların həlli ilə əlaqədar müvafiq
addımların atılmasıdır.
Bu
ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların
qəbulu cədvəlinə əsasən, mədəniyyət
naziri Anar Kərimov ayın 29-da Yevlax Şəhər Heydər
Əliyev Mərkəzində görüş keçirib.
Mədəniyyət
Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə
Yevlax və Mingəçevir şəhər, Bərdə və
Tərtər rayon sakinləri, eləcə də digər
rayonlardan qəbula yazılmış vətəndaşlar
iştirak ediblər.
Qəbuldan
öncə mədəniyyət naziri Anar Kərimov və
Yevlax Şəhər İcra Hakimiyyətinin
başçısı Anar Tağıyev ulu öndər Heydər
Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri
qoyublar.
Sonra
Yevlax Şəhər Heydər Əliyev Mərkəzinə gələn
Anar Kərimov mərkəzin fəaliyyəti ilə
tanış olub. Məlumat verilib ki, 2005-ci ildən fəaliyyət
göstərən mərkəzdə xalqımızın
ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər
Əliyevin ömür yolu və dövlətçilik fəaliyyəti
təbliğ olunur. Burada, həmçinin müxtəlif dərnəklər
fəaliyyət göstərir, tədbirlər təşkil
edilir.
Daha
sonra Heydər Əliyev Mərkəzində nazirliyin məsul əməkdaşlarının
iştirakı ilə vətəndaşların qəbulu
keçirilib. Sakinlərin müraciətləri, əsasən,
işlə təmin olunma, əmək müqaviləsinin
uzadılması, şəhidin adının təhsil
ocağında əbədiləşdirilməsi, şəhidlər
haqqında sənədli filmlərin yerlərdə
nümayişinə dəstək göstərilməsi, fəxri
adın verilməsi, mədəniyyət ocaqlarının fəaliyyəti
və digər məsələləri əhatə edib.
Anar
Kərimov vətəndaşların müraciət və təkliflərini
dinləyib, ərizə və şikayətlərinə
baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli
araşdırılması və qanunvericiliyin tələblərinə
uyğun həll edilməsi üçün müvafiq
tapşırıqlar verib.
Azərbaycan.-2022.- 30 noyabr.- S.7.