İulian Çifu: Ermənilər Ağdamı tamamilə yararsız vəziyyətə salıblar

 

Ağdamda dağıdılmış binaların, səliqəsiz yolların olduğunu gördüm. Bu ərazi yaşayış üçün tamamilə yararsız vəziyyətə salınıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Rumıniyadan olan nümayəndə İulian Çifu deyib.

Bərpa işlərinin sürətlə davam etdiyini vurğulayan İulian Çifu qeyd edib: "Bu ərazilərdə yenidənqurma işlərinin aparıldığını da gördüm. Məktəb tikilir, məscid təmir edilirbütün bunlar müsbət haldır. İnsanların doğma yurdlarına qayıtmaları üçün bu ərazilərin tezliklə bərpa edilməsi lazımdır. Ümid edirəm ki, hər şey yaxşı olacaq".

 

Azərbaycan.- 2022.- 27 noyabr.- S.5.