Ceyhun Bayramovla Mövlud
Çavuşoğlu arasında telefon danışığı olub
Noyabrın 28-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti
idarəsindən AZƏRTAC-a bildiriblər ki,
nazirlər Azərbaycanla Türkiyə arasında ikitərəfli
və regional əməkdaşlıq
gündəliyinin aktual məsələləri
barədə fikir mübadiləsi
aparıblar. Bununla yanaşı, çoxtərəfli
platformalar çərçivəsində
tədbirlər üzrə ölkələrimiz arasında əlaqələndirmə
məsələləri müzakirə olunub.
Azərbaycan.- 2022.- 29 noyabr.- S.3.