Azərbaycan Ordusunun Baş
Qərargah rəisinin ABŞ-a səfəri
başlayıb
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər zamanı nümayəndə heyətinin ABŞ-ın hərbi rəhbərliyi və “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində Oklahoma ştatında görüşlərin keçirilməsi planlaşdırılır.
Qeyd edək
ki, səfər çərçivəsində
Azərbaycan Ordusu ilə Oklahoma
Milli Qvardiyası arasında əməkdaşlığın
20 illiyi münasibətilə bir sıra tədbirlər təşkil olunacaq.
Azərbaycan.- 2022.- 29 noyabr.- S.4.