Geniş tərkibdə
görüş
Sentyabrın 30-da Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü olub.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Prezidentini salamlayan Bolqarıstan Prezidenti Rumen Radev dedi:
- Hörmətli cənab Prezident, bu gün Sizi
və Sizin
nümayəndə heyətinizi
Bolqarıstanda salamlamağa
çox şadam.
Biz bu səfəri bir imkan kimi dəyərləndiririk
ki, biz Sizin
qonaqpərvərliyinizə qarşılıq verə
bilək. Biz ikitərəfli
münasibətlərimizi müzakirə
edəcəyik və müəyyən çağırışların
öhdəsindən gəlmək
üçün müəyyən
imkanları nəzərdən
keçirəcəyik. Biz Azərbaycanla sıx
dostluq, qarşılıqlı
hörmət münasibətlərinə
malikik. Bizim ən yüksək səviyyədə siyasi dialoqumuz il
ərzində çox
fəal olub, münasibətlərimiz artıq
strateji tərəfdaşlıq
səviyyəsinə qalxmışdır.
Bizim üçün Azərbaycan
etibarlı və sınanmış tərəfdaşdır.
Əminəm, bizim qarşılıqlı
marağımız var
ki, bütün sahələr üzrə praqmatik və səmərəli münasibətlərimizi
inkişaf etdirək.
Sizin ölkəmizə səfəriniz
böyük rəmzi mənaya malikdir. Çünki bu, bizim diplomatik
münasibətlərimizin qurulmasının
30 illiyinə təsadüf
edir. Bununla yanaşı, digər
maraqlı və çox əlamətdar bir hadisəyə şahidlik edəcəyik.
Biz Yunanıstan-Bolqarıstan
qaz İnterkonnektorunun
açılışını edəcəyik. Bu, həm bizim üçün, həm Avropa qitəsi üçün strateji əhəmiyyətə malik
bir layihədir. Çünki bununla Avropanın
enerji xəritəsini
yenidən cızırıq.
Biz artıq Azərbaycandan
real olaraq təbii qaz alacağıq. Bu da təbii
ki, bizim təminatı və təchizatı şaxələndirəcəkdir.
Biz enerji
sahəsində əməkdaşlığımıza
çox böyük əhəmiyyət və çox böyük önəm veririk. Amma, əlbəttə,
biz görüşümüzdə təkcə enerji sahəsini deyil, digər strateji sahələri də müzakirə edəcəyik.
İnnovasiya, yüksək texnologiyalar,
ticarət, sərmayə
qoyuluşu və təbii ki, mədəniyyət, elm sahələri
də buraya daxildir. Bunlar da bizim əməkdaşlığımızın dərinləşməsinə xidmət
edəcəkdir.
Bir daha Sizi salamlayıram.
***
Azərbaycan Prezidenti
İlham Əliyev dedi:
- Təşəkkür
edirəm, hörmətli
cənab Prezident. İlk növbədə, göstərdiyiniz
qonaqpərvərliyə görə
Sizə minnətdaram.
Yenidən gözəl ölkənizdə
olmağımdan da çox məmnunam, dəvətə görə
təşəkkür edirəm.
Siz tamamilə haqlı qeyd etdiniz ki,
Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar. Strateji tərəfdaşlıq haqqında
Bəyannamə yeddi il bundan
əvvəl imzalanıb
və bu illər ərzində bu strateji tərəfdaşlıq
demək olar ki, bir çox
sahələrdə özünü
göstərmişdir. Mən Sizin
Azərbaycana rəsmi
səfərinizi xatırlayıram.
Səfər zamanı apardığımız
müzakirələr və
qəbul etdiyimiz qərarlar həyatda öz əksini tapır. Qeyd etdiyiniz kimi, sabah Bolqarıstanda
çox önəmli
hadisə baş verəcək – biz Yunanıstan-Bolqarıstan
İnterkonnektoru layihəsinin
başlanğıcını qeyd edəcəyik. Bu münasibətlə bəri başdan Sizi təbrik edirəm.
Bizim bütün sahələrdə
əməkdaşlığımızın
təməlində səmimi
münasibətlər dayanır. Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəli
əlaqələrdir. Xalqlarımız arasındakı tarixi
bağlar, əlbəttə
ki, bu əlaqələrin
təməlində dayanan
mühüm amildir.
Bu gün, əlbəttə
ki, qarşılıqlı
maraqlar üzərində
qurulmuş o strateji tərəfdaşlıq yeni
imkanlar açır.
Çünki enerji sahəsində
başlanılan çox
ciddi əməkdaşlığın
çox böyük gələcəyi var. Biz bu
işin birinci mərhələsindəyik. Əminəm
ki, bu gün
Sizinlə təkbətək
görüşdə müzakirə
etdiyimiz mövzularla bağlı gələcəkdə
praktiki addımlar atılacaq. Azərbaycan etibarlı qaz
təchizatçısı kimi Avropa ölkələri
üçün önəm
daşıyan ölkədir.
Bizim üçün
də Avropa bazarı, o cümlədən
Bolqarıstan və Sizin qonşu
ölkələrin bazarları
böyük maraq kəsb edir.
Amma haqlı qeyd etdiyiniz kimi, təkcə enerji məsələləri deyil,
digər sahələrdə
də yaxşı nəticələr var. Humanitar
sahəni xüsusilə
qeyd etməliyəm. Nəqliyyat sahəsində
“Orta dəhliz”in həyata keçirilməsi,
Şərq-Qərb nəqliyyat
dəhlizinin fəaliyyəti,
əlbəttə ki, ölkələrimizi bir-birinə
daha da sıx
bağlayacaq. Əminəm ki, gələcəkdə
təmaslarımız çox
olacaq və bizim onsuz da
geniş olan gündəliyə yeni məsələlər daxil
ediləcəkdir.
Dəvətə və qonaqpərvərliyə
görə bir daha təşəkkürümü
bildirirəm.
Azərbaycan.- 2022.-1 oktyabr.- S.2.