Prezidentin şərəfinə nahar

 

Sentyabrın 30-da Sofiyada Bolqarıstan Respublikasının müvəqqəti Hökumətinin rəhbəri Qılıb Donevin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə nahar verilib.

AZƏRTAC xəbər verir ki, Bolqarıstanın müvəqqəti Hökumətinin rəhbəri Qılıb Donev dedi:

- Hörmətli cənab Prezident Əliyev.

Hörmətli cənab nazirlər, Azərbaycan nümayəndə heyətinin üzvləri.

Mən Sizi Bolqarıstan Respublikasında salamlamaqdan olduqca məmnunam. Bu səfər ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Əminəm ki, səfəriniz nəinki bu il intensiv qaydada apardığımız siyasi dialoqa töhfə verəcək, o cümlədən həm enerji təhlükəsizliyi, həm qarşılıqlı maraq doğuran bütün digər sahələrdə ölkələrimiz arasında əməkdaşlığı daha da genişləndirəcək inkişaf etdirəcək.

İnanıram ki, son illər ərzində iki ölkə arasında yüksək ali səviyyələrdə aparılan fəal strateji dialoq dostluq qarşılıqlı hörmət əsasında inkişaf yolu ilə davam edəcək o, hazırkı mürəkkəb geosiyasi hadisələr baxımından daha da əhəmiyyətlidir.

Hesab edirəm ki, səfəriniz coğrafi mövqeyimizdən daha yaxşı bəhrələnməyə nəinki xalqlarımız, eləcə bütün Avropa üçün daha böyük sabitliyə, proqnozlaşdırmaya əminliyə töhfə verəcək.

Əlbəttə ki, şəxsən mənim bütün bolqarların dərin hörmət bəslədiyi Heydər Əliyev Fondunu qeyd etməliyəm. Bu Fondun Bolqarıstanın qədim paytaxtı Veliko Tırnovo şəhərindəkiTrapezitsatarixi kompleksinin bərpasına inkişafına verdiyi töhfəsi mədəniyyət sahəsində yaxşı əməkdaşlıq əlaqələrin nümunəsidir.

Bir daha xoş gəlmisiniz Sizə uğurlu səfər arzu edirəm.

 

***

 

Prezident İlham Əliyev dedi:

-Cənab Baş nazir, təşəkkür edirəm. Sizi görməyimə çox şadam. İkitərəfli münasibətlərimizə aid mühüm məsələləri müzakirə etmək fürsətinə görə çox məmnunam. Əminəm ki, bu səfər ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcək Bolqarıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq yeni dinamika qazanacaq.

Uzun illər ərzində, əslində, artıq yeddi ildir ki, bir-birimizi strateji tərəfdaş hesab edirik sözün əsl mənasında, biz həmin sıx əməkdaşlığın nəticələrini görürük. Ticarət dövriyyəsi sahəsində yaxşı nəticələri müşahidə edirik. Baxmayaraq tam göstəricilər hələ ki, qane etmir, lakin bu il ticarət dövriyyəmiz iki dəfədən çox artıb.

Bu gün ərzində mən potensial əməkdaşlığımıza dair daha praktiki əsasların müəyyən edilməsi üçün Bolqarıstanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşəcəyəm. Hazırda enerji təhlükəsizliyinin qlobal gündəlikdə birinci yer tutduğunu nəzərə alsaq, əlbəttə ki, Bolqarıstan ilə Azərbaycan arasında bu sahədə əməkdaşlıq bizim diqqət mərkəzimizdədir.

Bu yaxınlarda biz bu əməkdaşlığa başlamışıq Azərbaycan Bolqarıstan üçün qaz təchizatçısına çevrilib. Biz qaz təchizatının həcmini hətta elan edilmiş həcmdən çox artırmağı planlaşdırırıq.

Birgə işimizi uğurla planlaşdıra biləcəyimiz digər vacib sahə marşrutların müəyyən edilməsidir. Hesab edirəm ki, mövcud layihələr hazırkı birləşdirici xətlərin uzadılması ölkələrimizin ərazisi ilə artırılmış tranzit üçün yeni yaxşı imkanlar açacaq.

Cənab Baş nazir, Heydər Əliyev Fondunun Bolqarıstanda fəaliyyətini qeyd etdiyinizə görə təşəkkür edirəm. Veliko Tırnovoda tarixi bərpa prosesinə dəstək vermək bizim üçün böyük şərəf oldu. Bu layihə əməkdaşlığımızın səmimiliyini, xalqlarımız arasında çox yaxın əlaqələri bir daha göstərir.

Səfərim yenicə başlayıb, hazırda davam edir sabah da davam edəcək. Lakin artıq söyləyə bilərəm ki, nəticələr məni qane edir.

Sizə Bolqarıstan xalqına ən xoş arzularımı çatdırıram.

 

Azərbaycan.- 2022.-1 oktyabr.- S.2-3.