Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:

Məmmədov Elçin Məmmədbağır oğlu - Azərbaycan Respublikası baş prokurorunun birinci müavini

Camalov Elmar Heybət oğlu  - Azərbaycan Respublikası baş prokurorunun müavini

Məmmədov Heydər Vidadi oğlu - Azərbaycan Respublikası baş prokurorunun müavini

Rəcəbov Nazim Hafis oğlu - Azərbaycan Respublikası baş prokurorunun müavini -

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi.

2. Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:

Əvəzov Nemət Yusif oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin rəisi

Əlixanov Erkin Hüseynağa oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq Hüquqi Əməkdaşlıq İdarəsinin rəisi.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2022-ci il

 

Azərbaycan. - 2022.- 1 oktyabr.- S.4.