Azərbaycan və Türkiyə gömrük xidmətlərinin əməkdaşları arasında görüş keçirilib

 

Azərbaycan və Türkiyə gömrük xidmətlərinin əməkdaşları arasında gömrük nəzarətinin təşkili, gömrük sahəsində milli qanunvericiliklərin tələbləri və icra mexanizmləri ilə bağlı onlayn formatda görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüş DGK və Türkiyənin Ticarət Nazirliyi arasında 2021/2022-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair Tədbirlər Planına müvafiq olaraq təcrübə və məlumat mübadiləsi məqsədilə baş tutub.

Görüşdə beynəlxalq daşımalarda istifadə edilən konteynerlərin müvəqqəti idxal şərtlərinə dair məsələlər müzakirə olunub, eləcə də Türkiyə gömrük xidmətinin mütəxəssisləri “Malların son istifadə, saxlanc və daxildə emal xüsusi gömrük prosedurları” mövzusunda təqdimatlarla çıxış edib, Türkiyə təcrübəsinə dair məlumatlar veriblər.

 

Azərbaycan.- 2022.- 1 oktyabr.- S.9.