İlham
Əliyev Emoməli Rəhmonı yubileyi münasibətilə
təbrik etdi
Oktyabrın
5-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona
zəng edib.
Dövlətimizin
başçısı Tacikistan Prezidentini yubileyi münasibətilə
təbrik edib, ona Tacikistan xalqının firavanlığı
naminə fəaliyyətində yeni-yeni uğurlar, möhkəm
cansağlığı arzulayıb.
Emoməli
Rəhmon göstərilən diqqətə və təbrikə
görə Prezident İlham Əliyevə minnətdarlığını
bildirib.
Telefon
söhbəti zamanı dövlət başçıları
ölkələrimiz arasında dostluq və qardaşlıq
münasibətlərinin inkişafından məmnunluqlarını
bildirib, əməkdaşlığın perspektivləri barədə
fikir mübadiləsi aparıblar.
Azərbaycan.-2022.- 6 oktyabr.- S.1.