Dedi və etdi!
ÜÇ
İL ÖNCƏ "VALDAY" KONFRANSINDA "QARABAĞ
AZƏRBAYCANDIR VƏ NİDA İŞARƏSİ"
DEYƏN İLHAM ƏLİYEV
"DƏMİR YUMRUĞ"U İLƏ
ƏDALƏTİ BƏRPA ETDİ
Söz eşidilən, əməl isə gözlə görünəndir!
Biz bir işə başlamazdan əvvəl beynimizdə müəyyən planlar cızır, qərarlar qəbul edir, sonra düşüncələrimizi dilimizə gətiririk!
Aydın məsələdir ki, hər düşüncə, söz əmələ çevrilmir!
Bəzən isə sözlə əməl arasında "böyük məsafə" olur!
Amma sözün də, əməlin də ləzzəti, şirinliyi ondadır ki, dediyin tez başa gələ, həm də söylədiyindən də artıq!
Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi!
Dedi və il tamam olmamış vədinə əməl etdi!
Kriminal "hərbi xunta"nın korrupsiya cinayətlərini, xalqa zidd siyasətini və Ermənistanı məhvə aparan əməllərini ifşa edən sorosçu Paşinyan meydandan ölkə rəhbərliyinə gəldi!
Siyasətdən bixəbər, dövlət idarəçiliyində naşı, diplomatiyada piyada olan Ermənistanın baş naziri Paşinyan yalan danışmaq ustası, lovğa, həm də özünü hamıdan ağıllı sayan, bütün fəaliyyətində "erməni hiyləgərliyi"nə arxalanan birisidir.
Özünü sələflərindən daha qətiyyətli, daha uzaqgörən, daha bacarıqlı olduğunu göstərmək üçün daim ağlına gələni edərək ağzına gələni danışırdı.
Gah Şuşada sərxoş vəziyyətdə yallı gedir, gah qondarma "dqr"in "parlamenti"ni Şuşaya köçürmək üçün orada yeni bina tikdirir, gah da müharibə başlayacağı təqdirdə Azərbaycandan yeni ərazilər qoparacaqları ilə hədələyirdi!
Sonda o qədər qudurdu, ağlını itirdi ki, "Qarabağ Ermənistandır - nöqtə" deyərək sülh danışıqlarının, Azərbaycan torpaqlarının geri qaytarılması barədə otuz ildə görülən bütün işlərin, ilkin razılaşmaların üzərindən bir qara xətt çəkdi!
Bununla Azərbaycan Prezidenti İlham Əliyevin qəzəbinə də səbəb oldu!
***
Artıq bütün dünya bilir ki, İlham Əliyev sözü ilə əməli bir olan dövlət xadimi və sərkərdədir!
O zaman kimsə Paşinyanın bu bəyanatının nə ilə nəticələnəcəyini bilmirdi!
Nəinki bilmirdi, heç ağlına da gətirmirdi!
Amma görünən o idi ki, artıq Ermənistan Qarabağı öz ərazisi sayır və onu geri qaytarmaq niyyətində deyil!
O vaxtadək Ermənistanın Qarabağla bağlı belə açıq və "cəsarətli" bəyanatı olmamışdı.
Azərbaycan bu çılğınlığa necə cavab verəcəkdi - hamı bu barədə düşünür və hadisələrin sonrakı gedişini maraqla izləyirdi.
***
Dünya onu da gözəl bilir ki, İlham Əliyevin dili də var, əməli də!
"Dil" deyəndə biz Prezidentimizin sinədəftər, ağıllı, məntiqli, cəlbedici və maraqlı, eyni zamanda faktlarla zəngin nitq söyləmək məharətini nəzərdə tuturuq.
Cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən kağızsız, yazısız, heç nəyə baxmadan saatlarla çıxış edə bilir.
İndiyədək nitq və çıxışlarında, jurnalistlərin suallarını cavablandıranda bir dəfə də olsun faktoloji, üslub və ifadə səhvinə (Maşallah!) yol verməyib!
İlham Əliyev həm də yüksək diskussiya, mübahisə mədəniyyətinə malikdir!
Opponentinin "fakt" və arqumentlərini özünün tutarlı fakt və rəsmi mənbələrə söykənən sitatları ilə darmadağın etməyi, mövqeyini sübut və dəlillərlə əsaslandıraraq qəbul etdirməyi məharətlə bacarır.
Biz bunu 44 günlük Vətən müharibəsi dövründə otuzdan çox dünya KİV-nin, tanınmış televiziya kanallarının və informasiya agentliklərinin müxbirlərinə verdikləri müsahibə zamanı gördük, onların qərəzli sual və yanaşmalarını necə bacarıqla, dəmir məntiq və özlərindən gətirdiyi misallarla darmadağın etdiyinin dəfələrlə şahidinə çevrildik!
Biz bunu Prezidentimizin 26 fevral 2021-ci ildə Xarici İşlər Nazirliyinin onlayn formada təşkil etdiyi və iştirakçılardan birinin qeyd etdiyi kimi, "Ginnesin rekordlar kitabına düşəcək beş saatlıq mətbuat konfransında"kı suallara verdiyi cavablarda da məmnuniyyətlə dinlədik və seyr etdik!
...Cavabın veriləcəyi şəksiz idi!
***
Bəli, İlham Əliyev həddini aşan, boyundan hündürə tullanmaq istəyən Paşinyana cavab verməli, necə deyərlər, ağzından vurmalı idi!
Əvvəla, Paşinyan başından böyük qələt eləmişdi və onu yerində oturtmaq lazım gəlirdi.
İkincisi, Ermənistanın rəhbərləri heç zaman öz ağızları ilə hürməyiblər, havadarlarına, müdafiəçilərinə arxalanaraq danışıblar.
Prezident İlham Əliyev isə "Valday" və Münhen konfranslarında təkcə Paşinyana yox, onun havadarlarına da xəbərdarlıq etdi.
Ən nəhayət, İlham Əliyev gözəl bilirdi ki, Paşinyan əyalət səviyyəli siyasətçidir. Onu sıxan kimi daha ciddi səhvlərə yol verəcək, özünə erməni xalqı qarşısında "Qarabağı özününküləşdirən lider" imicini qazandırmaqdan ötrü yanlış, Azərbaycanın xeyrinə işləyən addımlar atacaqdır!
Hadisələrin sonrakı gedişi də göstərdi ki, Ali Baş Komandan İlham Əliyev artıq işğal altındakı torpaqların hərbi yolla geri qaytarılması üçün hərbi hazırlıq məsələlərini tam başa çatdırıbmış!
Piyada erməni siyasətçisinin başına ip salıb oynadan siyasət qrossmeysteri İlham Əliyev Paşinyanı dalbadal yanlış, əslində Azərbaycana sərf edən hərəkətlərə sövq etdi, Ermənistan isə yeni müharibənin başlanmasının səbəbkarı və təhrikçisi kimi dünya ictimaiyyətinə təqdim olundu.
***
İlk cavab kəskin və tutarlı oldu!
Sonrakı addımlar da göstərdi ki, Azərbaycan Prezidenti cavabın "sürətli" yox, daha əsaslı və faktlarla zəngin olmasına, üstəlik, daha böyük "auditoriya"da bütün dünyanın görəcəyi və eşidəcəyi şəkildə verilməsinə xüsusi diqqət yetirib.
Beləliklə, 2019-cu il avqustun 5-də Ermənistanın baş naziri Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" cəfəng açıqlamasına İlham Əliyev həmin ilin oktyabrın 3-də Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik plenar iclasında cavab verdi:
"Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də "Valday" Forumu çərçivəsində müvafiq cavab verilib.
Beləliklə, bəyanat sözbəsöz belədir: "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə".
Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən
həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz
hissəsi kimi tanınıb. Ermənistan özü
də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi,
əzəli Azərbaycan
torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır
və nida işarəsi".
Ancaq zaman göstərdi ki, Azərbaycan Prezidentinin qətiyyətli
mövqedən söylədiyi
fikir düşmənə
verilən cavabın yalnız birinci hissəsidir.
Cənab İlham Əliyev ikinci dəfə bu mövzuya 15 fevral 2020-ci ildə Almaniyada keçirilən Beynəlxalq Münhen Təhlükəsizlik Konfransında
qayıtdı.
Həm də necə?!
Əslində bu, iki düşmən dövlət başçısının
dünyanın gözü
qarşısında baş
tutan söz və ağıl dueli idi!
Burada dilbilmə qabiliyyətindən
tutmuş məntiqli mübahisə, tarixi fakt və hadisələrdən
yerində, bacarıqla
istifadə, opponentinin
yalanını çıxarma
və onu çaşdırma, gülünc
vəziyyətinə salmağa
qədər hər şey açıq-aşkar
görünürdü.
Cənab İlham
Əliyev bu açıq qarşıdurmada
keçmişə çox
qısa bir ekskurs edərək Paşinyana Kürəkçay,
Türkmənçay və
Gülüstan müqavilələrini
xatırlatdı, 1921-ci ildə
Bolşevik partiyasının
Qafqaz Bürosunun Dağlıq Qarabağın
Azərbaycanın tərkibində
saxlanılması barədə
qərarından, 1923-cü ildə Azərbaycan SSR-in tərkibində Dağlıq
Qarabağ Muxtar Vilayətinin yaradılması
barədə fərman qəbul etdiyindən söhbət açaraq ona tarix dərsi keçdi.
Həm də beynəlxalq tədbirdə
yalanlar söylədiyini
ifşa etdi!
Bu söz
duelinin nəticəsində
biz dövlət başçımızla
sonsuz qürur duyduğumuz halda, ermənilər pərt oldular və bütün utancgətirən
məqamları öz
aralarında, sosial şəbəkələrdə bölüşərək açıq-açığına
etiraf etdilər.
Əməl cavabını
isə Ermənistan və onun havadarları
bir qədər sonra - 27 sentyabrda başlanan və 10 noyabrda üçtərəfli
Bəyanatla Azərbaycanın
tam qələbəsini əks
etdirən 44 günlük
Vətən müharibəsinin
doğurduğu real nəticələrdən
aldı:
* Ermənistan ordusu 44 günlük müharibədə məhv
edildi;
* Düşmən
Azərbaycan torpaqlarından
birdəfəlik və
it kimi qovuldu;
* Ermənistan bütün dövlət başçılarına yalvararaq
onları Azərbaycan
Prezidentinə minnətçi
salsa da, düşmən
öz qoşunlarının
Qarabağdan çıxarılmasına
dair qrafiki verməyənədək hərbi
əməliyyatlar dayandırılmadı;
* Ermənistan Azərbaycan qarşısında
diz çökərək
onun bütün tələblərini yerinə
yetirəcəyinə söz
verərək üçtərəfli
Bəyanata imza atdı;
* “Qarabağ
Azərbaycandır və
nida işarəsi” söyləyən Müzəffər
Ali Baş Komandan İlham Əliyev əslində bu möhtəşəm qələbəsi
ilə iki əsr ərzində davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğunu
bəyan etdi.
Beləliklə, “nöqtə”
ilə başlayan növbəti söz davası “nida” işarəsilə - müharibə
formasında davam etdi və İlham
Əliyevin qətiyyət
və qəhrəmanlığı,
Azərbaycan Ordusunun sarsıdıcı zərbələri
sayəsində tam qələbə
ilə başa çatdırıldı!
Ermənistanın baş naziri desə də, sonradan dediyini yedi!
Müzəffər Ali Baş
Komandan İlham Əliyev isə dedi, dediklərini Ermənistana yedirtdi və “dəmir yumruğ”u ilə Ermənistan ordusunu məhv edərək Qarabağı və Şərqi Zəngəzuru
murder ləpirlilərdən təmizlədi!
***
İndiyədək dünyada
baş verən hadisələr göstərir
ki, dövlət başçılarının, siyasətçilərin söz
dueli real həyatda heç nəyi dəyişərək həll
etmir!
Bu daha çox dünya ictimaiyyətinə ünvanlanan
mesajlar olur.
Amma belə “əyani” görüşlər
kimin kim
olduğunu da ortaya qoyur.
Həmin dövrədək
Azərbaycan Prezidenti İlham Əliyev BMT Təhlükəsizlik Şurasının
iclaslarına sədrlik
etmiş, BMT-nin, Avropa Şurasının, Davos İqtisadi Forumunun islaslarında dəfələrlə yaddaqalan
nitqlər söyləmiş,
dünyanın ən böyük dövlətlərinin
rəhbərləri ilə
çoxsaylı görüşlər
keçirmiş, bütövlükdə
yeni dünyanın yeni liderlərindən biri kimi tanınaraq
qəbul edilmişdi.
Paşinyan isə bu sahənin
ibtidai mərhələsindəydi.
Ən əsası, cənab İlham Əliyev sözü ilə əməli eyni olduğundan müstəqil
Azərbaycanı qüdrətli
dövlətə çevirmişdi.
Başqa sözlə, İlham Əliyev Azərbaycanı
iqtisadi gücə, yüksək siyasi nüfuza, qüdrətli orduya, müasir, çevik və hücumçu diplomatiyaya,
müasir müsbət
beynəlxalq imicə,
ölkə daxilində
isə milli birliyə malik dövlət səviyyəsinə
yüksəltmişdi.
Və hamıdan
da yaxşı özü bilirdi ki, yeni müharibənin
başlayacağı təqdirdə
Azərbaycan Ordusu Ermənistanı qısa müddətdə məğlubiyyətə
uğradaraq işğal
altındakı torpaqları
azad edəcəkdir!
Başqa sözlə,
Azərbaycanın haqq
işinin ədalətli,
beynəlxalq hüququn
norma və
prinsiplərinə uyğunluğunu,
tarixi baxımdan bütün Qarabağın
və Şərqi Zəngəzurun Azərbaycana
məxsusluğunu təkzibolunmaz
faktlarla sübut edirdisə, sözdə dediklərini güc yolu ilə real həyatda da gerçəkləşdirməyə qadir olduğuna əmin idi.
Müzəffər Ali Baş Komandanımız dediklərini 44 günlük
Vətən müharibəsi
ilə həyata keçirdi.
Dedi və etdi!
Danışdı və göstərdi!
Azərbaycanı qalib dövlətə çevirdi,
öz gücü ilə haqqı, ədaləti bərpa etdi!
Rəhbər qətiyyəti,
Sərkərdə iradəsi,
diplomat məharəti, informasiya
müharibəsində döyüşmək
bacarığı, ən
nəhayət, kişi sözü belə olur!
***
Əsl gülən,
sonuncu gülən olur - demişlər!
İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında
Paşinyanın yalanlarını
ifşa edərək onu gülüş hədəfinə çevirdi.
İkinci Qarabağ
müharibəsində isə
bu rişxənd gülüşünü məmnun
qələbə gülüşü
ilə əvəz etdi!
Əvvəldə də güldü, sonda da!
Bu gün isə hamımız Prezidentimizin həm söz duelindəki, həm də Vətən müharibəsindəki
möhtəşəm qələbələrini
xatırlayaraq sonsuz qürur və sevinc hissi keçiririk!
Əsl rəhbər,
dövlət xadimi,
diplomat, siyasətçi və
qəhrəman Sərkərdə
belə olur!
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2022.-2 oktyabr.- S.1; 4.