Praqada
İlham Əliyevin Şarl Mişel ilə
görüşü olub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Avropa
İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və
Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti
ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında
iştirak etmək üçün Praqada səfərdədir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub.
Görüşdə Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində Brüsseldə Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olundu. Prezident İlham Əliyev Şarl Mişelə vasitəçilik missiyasına görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı Azərbaycanın Brüssel formatını dəstəklədiyini qeyd etdi.
Şarl Mişel bununla bağlı dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Söhbət zamanı gələn ay Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün gündəliyi müzakirə olundu.
Görüşdə
Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin
perspektivləri barədə fikir mübadiləsi
aparıldı.
Azərbaycan.-2022.- 7 oktyabr.- S.2.