Azərbaycan
Prezidenti “Avropa siyasi birliyi” Zirvə Toplantısının
açılış plenar iclasında iştirak edib
Oktyabrın
6-da Çex Respublikasının paytaxtı Praqada “Avropa siyasi
birliyi” Zirvə Toplantısının açılış
plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Çex Respublikasının Baş naziri Petr Fiala Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə Toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb.
Sonra plenar iclas keçirilib.
İclas başa çatandan sonra iştirakçılar birgə foto çəkdiriblər.
X X X
Qeyd edək ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
Zirvə Toplantısında ümumilikdə 44
ölkənin dövlət və hökumət
başçıları iştirak edirlər.
İlk dəfə keçirilən “Avropa siyasi birliyi”
Zirvə Toplantısı Avropa ölkələrinin
liderlərini bərabərhüquqlu və birlik
ruhunda bir araya gətirir. Toplantı ərzində liderlər
müxtəlif fikir mübadilələri
zamanı sülh və təhlükəsizlik,
iqtisadi vəziyyət, enerji
və iqlim, miqrasiya və
hərəkətlilik məsələlərini müzakirə
edə biləcəklər.
Azərbaycan.-2022.- 7 oktyabr.- S.2.