Şuşaya payız gəlir...
Xoş arzular, saf niyyətlər
Şuşaya
payız gəlir. Sevgi dolu, arzu dolu bir
payız. İllər idi ki, Şuşamızın yazı
da, payızı da zimistana dönmüşdü.
Şuşa adı çəkiləndə bağrımızın
başı od
tutub yanırdı. 2020-ci ilin sentyabrında
Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə zəfər yürüşünə
çıxdı. Oğullarımız dağlardan, qayalardan keçərək zirvələrə
doğru yol aldılar. Şuşanı azad edib 28 illik həsrətdən sonra bizləri arzularımızın, xəyallarımızın
şəhərinə qovuşdurdular.
İki ildir ki, Şuşaya bahar gözlü payız gəlir, gülə-gülə, fərəhlə,
qürurla... Bu cənnət
şəhərin daşı
da, qayası da, uçulub viran qalmış evləri də, küçələri də
abadlaşmağa, gözəlləşməyə
başladı, ruhu təmizləndi... Məscidlərimizdən
yenidən azan səsləri gəldi. Dini ocaqlarımız yenidən
bərpa edildi. Şuşa mədəniyyət paytaxtımız
elan olundu. İlk səfəri zamanı Prezident, Müzəffər
Ali Baş Komandan Şuşaya özü ilə Azərbaycan və dünya mədəniyyətinə əvəzsiz
töhfələr vermiş
dahi insanların heykəllərini apardı.
Şuşada ilk olaraq söz
adamının, şair
Molla Pənah Vaqifin dağıdılmış
məqbərəsi bərpa
edildi.
Şuşa bu gün beynəlxalq tədbirlərin, böyük
musiqi festivallarının,
elmi konfransların
ən çox keçirildiyi məkandır.
Bura təkcə mədəniyyətimizin,
musiqimizin paytaxtı deyil, həm də cəsurluğun, qorxmazlığın, vətən
sevgisinin, yurda, torpağa məhəbbətin
əsl ünvanıdır.
Qələbəmizin ikinci ilinin payızı
Şuşaya xoş növraq, gözəl gün, abadlıq, xoş arzu və
saf niyyətlərlə
gəlir. Hər yer gözəlləşir,
abadlaşır. Şuşa bu
payız daha da qürurludur. Möhtəşəm qələbəmiz
dünyanın siyasi masalarında tarixin gerçəkliyi
kimi qəbul olunur. Azərbaycan əsgərinin sinəsində
daşıyıb Şuşada
qaldırdığı müzəffər
bayrağımız bu
payız daha qürurla dalğalanır.
Elşən QƏNİYEV
Azərbaycan.- 2022.- 2 oktyabr.- S.9.