İlham Əliyevin sərkərdəliyi
və rəhbərliyi ilə "ruhlar şəhəri"
dünya şəhərinə çevrilir
"Mina
əkinləri"ndən dirçələn Ağdam
Birinci Qarabağ müharibəsi dövründə Ağdam Qarabağın qeyri-rəsmi mərkəzi sayılırdı.
Rayonda
kənd təsərrüfatının bütün sahələri
yüksək səviyyədə inkişaf etmişdi:
torpağı münbit olduğundan hər il bol məhsul
götürülürdü.
Sənaye
sahələri də vardı.
Əhali
zəhmətə qatlaşaraq yaxşı işlədiyindən
yaxşı da qazanırdı.
Ulu
Öndər Heydər Əliyevin o dövrdə ölkə vətəndaşlarına
yaratdığı əlverişli şəraitdən
ağdamlılar da gen-bol bəhrələnirdilər.
Kənddə
yaşayanların demək olar ki, hamısı özünə
ağ mişar daşından fərdi mənzil tikmişdi,
evində "xarici mebel", həyətində minik
maşını, rahat dolanışığı vardı.
Rayon
mərkəzində isə fərdi evlərlə
yanaşı, çoxsaylı, çoxmərtəbəli
binalarda şəhərdəkilər firavan
yaşayırdılar.
Ermənilər
qudurub cızıqlarından çıxaraq Azərbaycana
qarşı ərazi iddialarına başlayanda buna ən
çox təəccüblənən bəlkə də
ağdamlılar oldu!
Çünki
erməni həmişə ağdamlının qapısında
fəhlə işləmiş, hündürdən
danışmağa cürəti çatmamış,
"baş üstə"dən başqa ayrı sözü
olmamışdı.
I Qarabağ müharibəsinin əsas ağırlığı da Ağdamın üzərinə düşdü:
* ilkşəhidiAğdamverdi;
* ilközünümüdafiə dəstələriAğdamdayarandı;
* Qarabağ ərazisindəkiazərbaycanlı kəndlərinə bütünyardımlarAğdamagətirilir, buradanbələdçilərinvə mühafizəçilərinköməyiilə yerlərə çatdırılırdı;
* ermənilərtərəfindənkəndlərindənqovulanazərbaycanlılarAğdamapənahgətirirdilər;
* yaralılarvə şəhidlərAğdamxəstəxanasınavə Cümə məscidinə gətirilərəkyerbəyeredilirdi;
* münaqişəniyolunaqoymaqüçünBakıdangələndövlətadamları Ağdamınqonaqevində qalırdılar;
* bumaharibədə ermənilərə ənağırzərbənidə Ağdamvurdu!
Düşmən bütün bunları yaxşı bilirdi, odur ki, xüsusi haqq-hesab çəkməyə hazırlaşırdı.
Laçın və Şuşanı ələ keçirdikdən sonra əsas hədəfi Ağdamı almaq idi.
Çünki bundan sonra digər rayonların işğalı bir o qədər də çətinlik törətməyəcəkdi.
Ayaz Mütəllibovun ölkəyə qorxaq və qətiyyətsiz rəhbərliyi, parlament çevrilişi yolu ilə iqtidara gələn AXC-Müsavat cütlüyünün naşılığı və səriştəsizliyi, yalnız cibinin hayına qalması, xəyanətkar "ortabab riyaziyyat müəllimi"nə ölkənin müdafiəsini etibar etməsi, idarəetməni itirərək Azərbaycanı xaos və özbaşınalığa sürükləməsi, ən nəhayət, vətəndaş müharibəsinin astanasına gətirməsi ermənilərin öz planlarını gerçəkləşdirməsinə şərait yaratdı.
Ermənilər bütün kin və nifrətlərini Ağdama püskürdülər.
Gözlərinə nə göründüsə, hamısını yerləyeksan etdilər!
Evləri, sənaye müəssisələrini, yolları, körpüləri, muzey və məktəbləri, mədəniyyət ocaqları və ictimai binaları, hətta qəbiristanlıqları da dağıtdılar!
Bu sahədə "dostları və yaxınları" onlara fəal kömək göstərdilər.
Beləliklə, Azərbaycanın ən varlı və inkişaf etmiş rayonlarından birinin bütün yaşayış məntəqələrini barbarcasına yox edərək, Ağdamı "ruhlar şəhəri"nə çevirdilər!
***
Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdamın da qisasını murdar düşməndən yetərincə aldı!
Düşmən otuz il ərzində dostlarının yardımı ilə on qat müdafiə xətti olan Ağdamı, habelə Laçın və Kəlbəcəri bir güllə atmadan geri qaytarmağa məcbur oldu!
Ancaq, necə
deyərlər, olan olmuşdu!
Qarabağı
cənnətə çevirməyi qarşıya məqsəd
qoyan Prezident İlham Əliyev hərbi əməliyyatlardan dərhal
sonra quruculuq işlərinə start verdi.
İlk
olaraq Ağdam şəhərinin baş planı
hazırlanaraq 28 may 2021-ci ildə təsdiq olundu və
icrasına başlanıldı.
***
Artıq cənab İlham Əliyev dörd dəfə
Ağdama səfər edib və otuzadək layihənin
reallaşmasının təməlini qoyub.
Sonuncu səfər
də fərəhli və yaddaqalan oldu!
DÜNYADA
YAXŞI NƏ VARSA, HAMISINDAN AĞDAMDA DA OLMALIDIR
İşğaldan azad edilmiş ərazilərdə bərpa
və yenidənqurma işləri dövlət
başçısı İlham Əliyevin şəxsi nəzarəti
altında həyata keçirilir.
Şəhərlərin baş planları, hər bir
layihə ilə bağlı Prezidentin rəy,
tapşırıq və tövsiyələri olur və onlar
hökmən nəzərə alınır.
Ağdam
şəhəri ilə bağlı cənab İlham
Əliyevin belə bir tapşırığı olmuşdu:
dünyanın harasında, hansı şəhərdə yeni,
maraqlı, gözəl nə varsa, ondan Ağdamda da
olmalıdır!
Bu tələbə
dönmədən əməl olunur!
Ağdam
uzaqdan baxan düşmənin gözünə bir ox kimi batan
yeni tipli, "ağıllı yaşayış məntəqəsi"
olacaqdır!
Vaxtilə şəhərin əhalisi 36 min nəfər
olub.
Yeni Ağdam isə Prezidentimizin
tapşırığına əsasən, 100 min nəfər əhali
üçün planlaşdırılıb.
Maraqlı
bir cəhət: Ağdam ərazi baxımından
Sumqayıtdan böyük olacaqdır. Amma Gəncə
və Sumqayıt şəhərləri Ağdamdan daha
sıxdır.
Əhalinin
70 faizi şəhərin 30 faiz ərazisində yaşayacaq
.
1750 fərdi
ev, 23 min mənzil olacaq.
Vaxtilə əhali Ağdamda su qıtlığı
çəkirdi.
İndi görülən tədbirlər şəhərdə
su bolluğu yaradacaq.
Adətən şəhərlərdə 15 faiz
yaşıllıq olur, Ağdamda isə meşə
zolaqlarına görə bu sahə 23 faizə çatacaq.
Şəhərin ortası ilə kanal axacaq, hətta
insanlar onun 2 kilometrlik hissəsində qayıqla üzə biləcəklər.
İnsanların dincəlməsi, zövq alması
üçün göl yaradılacaq, şəlalə
töküləcəkdir.
Ağdamın öz dağüstü parkı, cürbəcür
karuselləri olacaqdır.
Müasir, elektriklə işləyən tramvaylar
küçə ilə şütüyəcəkdir, 79
kilometrlik velosiped yolu insanların ixtiyarına veriləcəkdir.
Bir sözlə, xarabalıqdan qurtulan, "mina əkinləri"ndən
yaxa qurtaran Ağdam müasir yaşayış mərkəzinə,
turist şəhərinə çevriləcəkdir.
Təbii
ki, insanların doğma yurda qayıtmaları
üçün ilk növbədə zəruri infrastruktur
yaradılmalı, iş yerləri açılmalıdır!
Bu sahədə işlər kompleks şəkildə, həm
də yüksək sürətlə aparılır.
Artıq
elektrik xətləri, su xətləri çəkilib...
Qayıdış
üçün ən vacib məsələlərdən biri
iş yerlərinin mövcudluğudur.
Bu
baxımdan 2021-ci ildə təməli qoyulmuş Ağdam Sənaye
Parkının həm iş yeri, həm də məhsul
istehsalında xüsusi əhəmiyyəti var. Sənaye
Parkında qida sənayesi, kiçik sənaye və xidmət,
iri sənaye müəssisələri, sosial və texniki
zonalar, TIR parkı, tikinti materiallarının satış
bazası hissələri mövcuddur. Buraya 110 milyon manat sərmayə
qoyulmaqla ilkin olaraq 330 iş yeri açılacaqdır.
***
Prezident
İlham Əliyevin oktyabrın 4-də Ağdamda baş tutan
dördüncü səfəri əvvəlkilərin məntiqi
davamı olmaqla yanaşı, görülən işlərə
baxış, yeni obyektlərin təməllərinin
qoyulması, habelə Qarabağın və Zəngəzurun bərpası
və dirçəlişi ilə bağlı digər məsələlərin
sürətli həllinə təkan verilməsinə xidmət
edirdi.
Qarabağın xilaskarı olan Müzəffər Ali
Baş Komandan İlham Əliyev Ağdamda olduğu 2 gün ərzində
gərgin işlədi.
Ən əvvəl Bərdə-Ağdam avtomobil yolunun
çəkilişi ilə yaxından maraqlandı.
Başlanğıcını
Bərdə şəhərindən götürən bu yol
ümumi uzunluğu 44,5 kilometr, eni 26,5 metr,
habelə dördzolaqlı olmaqla, birinci texniki dərəcəyə
uyğun salınır.
Yol təkcə Qarabağ üçün deyil, Cənubi
Qafqaza da böyük fayda gətirəcək. Artıq
işlərin 75 faizi yekunlaşıb.
Bu gün Qarabağ atları bütün dünyada məşhurdur. Gələcəkdə
Ağdamda cıdır yarışlarının keçirilməsi
buraya xeyli əcnəbi turist cəlb edəcəkdir. İşğal dövründə çətinliklər
üzündən Qarabağ atları da müəyyən ziyan
görmüşdür. Odur ki, bu cinslərin
artırılmasına və normal şəraitdə bəslənməsinə
ciddi ehtiyac duyulur.
Dövlət başçısı Birinci vitse-prezident
Mehriban xanım Əliyeva ilə birlikdə Ağdamda
Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma
mərasimində iştirak etdi.
Ağdam şəhərində dövlət
başçısı tərəfindən təməli
qoyulan "City Hotel Ağdam"da gələn qonaqların
dincəlmələri və vaxtlarını səmərəli
keçirmələri üçün hər bir şərait
olacaqdır.
Prezident
İlham Əliyev Pənahəli xanın sarayı və
İmarət kompleksində görüləcək işlərlə
də tanış oldu, Xurşidbanu Natəvanın
qəbirüstü abidəsinin
açılışını etdi.
Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin
təməllərinin qoyulması tezliklə doğma yurda
qayıtmaq həsrətini çəkən sakinlərin
böyük sevincinə səbəb oldu.
Ağdamda keçmiş məcburi köçkünlər
üçün hər bir rahatlığı olan yeni
yaşayış məhəlləsi də inşa ediləcəkdir. 6,9
hektarlıq ərazidə salınacaq məhəllədə
1139 mənzili olacaq 4-7 mərtəbəli binaların tikintisi
planlaşdırılır.
Dövlət başçısı və birinci
xanım bu məhəllənin də təməlqoyma mərasimində
iştirak etdilər.
Hər bir şəhər vağzaldan başlanır. Ağdamda Dəmir
yolu və Avtovağzal olmaqla iki yeni kompleksin də təməli
qoyuldu.
Otuz ildə dağıdılan yurd yerlərimiz çox
böyük sürətlə və müasir tələblərə
cavab verən, zövq oxşayan şəkildə bərpa
olunur.
Çünki torpağın, viran qoyulmuş bu yurdların əsl
sahibləri geri dönüblər!
Onların həm də Müzəffər Ali Baş
Komandan İlham Əliyev kimi 44 günlük Vətən
müharibəsində zəfər qazanmış rəhbərləri,
qurucu və yaradıcı dövlət
başçıları vardır.
DÜNYAYA
VERİLƏN MESAJLAR
Qırx ölkədən gələn qonaqların
iştirakı ilə Ağdamda keçirilən Azərbaycan
Milli Şəhərsalma Forumunda Azərbaycan Prezidenti İlham
Əliyev dünyaya bir sıra vacib mesajlar da ünvanladı.
Qeyd edək ki, beynəlxalq forumun keçiriləcəyi
yer təsadüfən seçilməmişdi.
Əvvəla,
dünyanın hər yerindən gələn qonaqlar öz
gözləri ilə gördülər ki, özünü
"qədim xalq", "mədəni millət"
adlandıran ermənilər necə vəhşiliklər,
barbarlıqlar, dağıntılar törədiblər.
İkincisi, Qarabağın və Zəngəzurun necə
bir sürətlə bərpa edilərək qurulduğunun
şahidinə çevrildilər.
Hətta BMT-nin Məskunlaşma Proqramının
icraçı direktoru xanım Maimuna Mohd Şərif "Azad
olunmuş ərazilərdə genişmiqyaslı şəhərsalma
və yenidənqurma işlərinin miqyasından və sürətindən
heyranam" deyərək təəccübünü gizlətmədi.
Ən nəhayət, Azərbaycan bir daha əyani şəkildə
göstərdi ki, ərazisinin bir parçası
vandalcasına dağıdılıb yerləyeksan edilsə də,
yenə sülh istəyir və ermənini sülh müqaviləsini
imzalamağa dəvət edir.
Prezident
İlham Əliyev Ermənistanın vurnuxmasının,
kapitulyasiya aktında üzərinə götürdüyü
öhdəliklərdən boyun qaçırmaq cəhdlərinin,
ATƏT-in Minsk qrupunun yenidən dirçəldilməsinə
bəslənən ümidlərin puçluğunu və kimlərəsə,
nəyəsə güvənərək vəziyyəti dəyişmək
cəhdlərinin mənasızlığını bir daha
anlatdı:
"Bizim hər hansı vasitəçiliyə ehtiyacımız yoxdur. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinə gəlincə, onlar bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik. Qarabağ Azərbaycandır! İkinci Qarabağ müharibəsi bunu meydanda sübut etdi".
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Anım Günündə Füzuliyə səfəri zamanı burada şəhidlərin şərəfinə abidənin açılışı zamanı xalqa müraciətinə hər bir Azərbaycan vətəndaşı qoşularaq dəstək vermişdir: "Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik".
Bu bir tale qismətidir ki, erməni kimi vandal, faşist xislətli millətlə qonşu olduq, onlar isə havadarlarına güvənərək torpaqlarımızı işğal etməklə viran qoydular!
Bu bir tale qismətidir ki, Tanrının bizə yetirdiyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"u ilə 27 ildən sonra doğma yurda qayıtdıq!
Bu bir taledir ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı yenidən Qarabağı və Zəngəzuru cənnətə çevirəcəkdir!
Biz bu torpaqlara döyüşərək, şəhidlər verərək əbədi qayıtmışıq!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2022.- 7 oktyabr.- S.6.