İlk Milli Şəhərsalma Forumu
44
ölkə, 130-dan artıq nümayəndə, 400 nəfərdən
çox insanın qatıldığı bu toplantı Azərbaycan
həqiqətlərinin dünyaya
çatdırılmasında yeni uğurlu platforma oldu
Cənubi Qafqazın lider dövləti kimi reallaşdırdığı qlobalmiqyaslı layihələrlə dünyanı heyrətləndirməyə davam edən tarixinin ən qüdrətli Azərbaycanı daha bir ilkə imza atdı. Oktyabrın 5-6-da ölkəmiz ilk dəfə olaraq beynəlxalq şəhərsalma tədbirinə - "Azərbaycan Milli Şəhərsalma Forumu"na evsahibliyi etdi.
İşğaldan azad edilmiş Ağdam şəhərində və paytaxt Bakıda iki gün davam edən toplantı BMT-nin Məskunlaşma Proqramının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə reallaşdı.
44 ölkədən 130-dan çox nümayəndə, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı ilk Milli Şəhərsalma Forumunda 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetirildi.
İlham Əliyev Qarabağ və Zəngəzuru yenidən quracağını Ağdamdan bir daha bəyan etdi
Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda keçirilən forumda çıxış edən Prezident
İlham Əliyev bir daha erməni vandalizminin əyani təzahürlərini və postmüharibə dövründəki Azərbaycan həqiqətlərini göstərərək qətiyyətli mövqeyini bir daha bəyan edib.
İlk forumun məhz Ağdam
şəhərində baş
tutmasının tarixi və rəmzi mənası
var idi. İlham Əliyev bu məsələyə
xüsusi olaraq toxunaraq erməni vandallarının 30 il ərzində törətdikləri cinayətləri
təkcə bir şəhərimizin fonunda beynəlxalq ictimaiyyətə təqdim etdi. Prezident bunu yalnız müharibədən sonra işğaldan azad olunan
torpaqlarımıza səfər edən xarici
ekspert və jurnalistlərin söylədikləri
həqiqətlər əsasında diqqətə
çatdırdı: "Ağdam
Qarabağda ən böyük
şəhər idi, həyatla coşub-daşan şəhər idi və Azərbaycanda hər kəs bunu bilir. Ərazilər işğaldan azad edildikdən
sonra xarici ekspertlər,
jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan
biri "urbisid qurbanı" idi, bu da tamamilə
doğru idi. Digər ad "ruhlar şəhəri"
idi, bu da
tamamilə doğrudur.
Biri də "Qafqazın Xirosiması" idi.
Lakin Xirosimadan fərqli olaraq, dağıntılar
atom bombasının partlaması
nəticəsində baş
verməmişdir, bu, qonşularımızın vandalizmi
və barbarlığı
nəticəsində olmuşdur".
Prezident
30 il ərzində
erməni vəhşiliyinin
əyani təzahürü
olan viran edilmiş ərazilərimizin
real mənzərəsini təqdim
edərək bütün
bunların fonunda Azərbaycanın mövqeyini
də açıqlayıb.
Ermənistanın tarixboyu Azərbaycana
qarşı həyata
keçirdiyi işğalçılıq
siyasəti fonunda Azərbaycan İkinci Qarabağ müharibəsindən
sonra da bu ölkəyə sülh təklif edib.
İlham
Əliyev həmçinin
Vətən müharibəsindən
ötən iki il ərzində Azərbaycanın yalnız
öz qüdrətinə,
heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan işğaldan azad edilmiş torpaqlarımızda reallaşdırdığı layihələri
diqqətə çatdırıb.
Təkcə bu dövrdə
Azərbaycan iki hava limanı, yaşayış kompleksləri,
yol-nəqliyyat infrastrukturları,
su və elektrik stansiyaları inşa edib. Qarşıdakı dövrdə isə
daha möhtəşəm
layihələr reallaşdırılacaq.
Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan
azad edilmiş Qarabağ və Şərqi Zəngəzur
ərazisində ümumi
uzunluğu 50 kilometrdən
çox olan 33 tunel olacaq, uzunluğu
12 kilometr olan 84 yeni körpü salınacaq. Bu, görülən
işlərin yalnız
bir hissəsidir:
"Biz bütün azad
olunmuş ərazilərdə
elektrik təchizatını
tamamilə bərpa etmişik və ümidvaram ki, tezliklə Cəbrayılda
230 meqavat gücündə
olan günəş-elektrik
stansiyasının tikintisinə
başlayacağıq. Biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur.
Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli
ideyamızdır".
İlk Milli Şəhərsalma Forumu əlaqələrin genişləndirilməsi baxımından uğurlu platformadır
Forumda çıxış edən BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif isə ilk Azərbaycan Milli Şəhərsalma Forumuna himayədarlıq etdiyinə görə İlham Əliyevə minnətdarlığını bildirərək deyib ki, Prezidentin forumda iştirakı yeni şəhərsalma gündəliyinin bütün tərəfdaşlarına dayanıqlı şəhərsalmaya aid siyasət tövsiyələrini müzakirə və tərtib etməyə imkan verən platformanı daha yüksək səviyyəyə qaldırıb.
Xanım Maimuna Mohd Şərif Azərbaycan Prezidentinin Ağdamı yenidən bərpa etmək sadiqliyinə, hazırlanan layihələrə və ayrılmış ehtiyatlara heyran olduğunu da etiraf edib.
Ümumiyyətlə, milli rifahın təmin edilməsi və işğaldan azad edilmiş ərazilərin bərpası üçün ölkəmizdə prioritet istiqamət olan dayanıqlı şəhərsalma sahəsində əldə edilmiş nailiyyətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi və şəhərlərin inkişafı üzrə tətbiq edilən inklüziv, "ağıllı" və dayanıqlı urbanizasiyaya əsaslanan təcrübə və yanaşmaların paylaşılması son dərəcə vacibdir.
Mütəxəssislər hesab edirlər ki, İlk Milli Şəhərsalma Forumu məhz şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkanlar yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da uğurlu formatdır.
Xatırladaq ki, bu il iyunun 27-də Polşanın Katovitse şəhərində keçirilmiş Ümumdünya Şəhər Forumunun "Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək" mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə evsahibliyi etmək arzusundadır və buna hazırdır. Xatırladaq ki, Ümumdünya Şəhər Forumu BMT-nin Məskunlaşma Proqramı tərəfindən hər iki ildənbir keçirilir.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.-2022.- 7 oktyabr.- S.6.