Baş nazir Əli Əsədov Moskvada
Rusiya Hökumətinin sədri Mixail Mişustinlə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 6-da Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Moskvada Rusiya Hökumətinin sədri Mixail Mişustinlə görüşüb.
Nazirlər
Kabieetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin
müxtəlif sahələrdə uğurlu inkişafından
məmnunluq ifadə edilib.
Moskvada
keçirilən 2-ci Xəzər İqtisadi Forumunun əhəmiyyəti
vurğulanıb.
Həmçinin
ikitərəfli gündəliyin bir sıra praktiki məsələləri,
o cümlədən iqtisadi-ticari, nəqliyyat, energetika və
humanitar sahələrə aid məsələlər nəzərdən
keçirilib.
Azərbaycan.-2022.- 7 oktyabr.- S.4.