Nazirlər Kabinetində
Bakı şəhərində
nəqliyyat sahəsinin
vəziyyətinə həsr
olunan işçi müşavirə keçirilib
Oktyabrın 3-də Azərbaycan Respublikasının
Baş naziri Əli Əsədovun sədrliyi ilə nəqliyyat sahəsində
mövcud vəziyyətə,
problemlərin və qarşıda duran vəzifələrin həllinə
həsr olunan işçi müşavirə
keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, müşavirədə
aidiyyəti qurumların
rəhbərlərinin məruzələri
dinlənilib, paytaxtda yol-nəqliyyat sahəsində
mövcud problemlər
geniş müzakirə
olunub, qarşıda duran vəzifələrin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.
Azərbaycan. - 2022.- 4 oktyabr.- S.2.