Azərbaycanın müdafiə naziri
ilə İran Silahlı Qüvvələrinin
Baş Qərargah rəisi arasında telefon danışığı olub
Oktyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.
Tərəflər
arasında ikitərəfli hərbi əməkdaşlıq,
eləcə də qarşılıqlı maraq
doğuran digər məsələlər
müzakirə edilib.
Azərbaycan.- 2022.-4 oktyabr.- S.3.