Azərbaycan dünyanı iki uğurla heyrətləndirib
Hərb meydanında və bərpa-quruculuq
işlərində
İndi dünyada ciddi siyasi və iqtisadi proseslər gedir. Uzun illər Qərb
tərəfindən müəyyənləşdirilən
siyasi cizgiləri qəbul etməyən dövlətlərin sayı
artmağa başlayır.
Qərb öz mövqeyini qorumaq, onunla razılaşmayan ölkələr
isə mövcud qaydaları yenidən qurmaq istəyir. Rusiya-Ukrayna, Çin-Amerika, Türkiyə-Yunanıstan
arasında olan gərginliklərə də
bu konteksdən yanaşmaq lazımdır.
44 günlük tarixi
zəfərimizdən sonra
Azərbaycanın dünya
üçün əhəmiyyəti
daha da artıb. Belə ki,
ölkəmiz elə bir coğrafi məkanda yerləşir ki, hansı tərəfdə mövqe
tutsa, o tərəf üstünlük əldə
etmiş olur. Bunun başlıca səbəbi
Azərbaycanın beynəlxalq
əhəmiyyətli ticarət
marşrutlarında açar
ölkə olmasıdır.
Məlumdur ki, indi iqtisadi faktor siyasi faktordan daha üstün mövqedədir.
Prezident İlham Əliyevin apardığı xarici siyasətin ana xətti tərəf tutmadan ölkəmizin milli maraqlarını müdafiə etməkdir. Son vaxtlar Azərbaycana müxtəlif dövlətlərin
və beynəlxalq təşkilatların nümayəndələrinin
səfər etməsi
də ölkəmizin
beynəlxalq aləmdəki
nüfuzunu göstərir.
Dövlətimizin başçısı bütün danışıqlarda
milli maraqlarımızı
təmin edən mövqe ortaya qoyur. Ermənistanla sülh danışıqları
apararkən ölkəmizin
ərazi bütövlüyü
prinsipini əsas şərt kimi önə sürür.
Bunun nəticəsidir ki, Avropa İttifaqının
vasitəçilik etdiyi
danışıqlarda "Dağlıq
Qarabağın statusu"
kimi cəfəng tezis aradan qalxıb.
Lakin problemin 30 il həllinə
mane olan qüvvələr
hələ də ölkəmizi təsir dairəsində saxlamaq üçün bu məsələni yenidən
dirçəltmək istəyir.
Prezident İlham Əliyev oktyabrın 5-də
BMT-nin Məskunlaşma
Proqramı (UN-HABITAT) və
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati
dəstəyi ilə Ağdamda "Dayanıqlı
İnkişaf Mədsəqləri
və "Yeni Şəhər Gündəliyi"
- postmünaqişə dövründə
bərpa və yenidənqurmanın aparıcı
qüvvəsi kimi"
mövzusunda keçirilən
forumda "status"u
yenidən ortaya atan həmin beynəlxalq güclərə
cavab olaraq demişdir: "Daxili işlərimizlə bağlı
məsələləri heç
vaxt beynəlxalq qurumlarla və ya böyüklüyündən
və potensialından
asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etmirik".
Bu hamıya ciddi
bir mesaj idi. Dövlətimizin
başçısı açıq
şəkildə bəyan
edir ki, müharibə başa çatdı, indi quruculuq dövrüdür,
kim əməkdaşlıq
etmək istəyirsə,
buyursun.
BMT-nin Məskunlaşma
Proqramının tərəfdaş
olduğu foruma dünyanın 44 ölkəsindən
130-dan çox nümayəndə,
ümumilikdə isə
400 nəfərdən çox
təşkilatçı qatılmışdı. Prezident İlham
Əliyev bu tədbirdə çıxış
edərkən dünyaya
ölkəmizin qəti
mövqeyini çatdırdı.
Vurğuladı ki, Azərbaycan
ədalətli sülh
istəyir və ermənilər tərəfindən
dağıdılan əraziləri
bərpa edib soydaşlarımızı doğma
yerlərinə qaytarmağa
çalışır. Bunun üçün də müharibə başa çatandan sonra dərhal bərpa-quruculuq işlərinə başlanılıb.
Artıq
bu istiqamətdə mühüm işlər görülüb. Avtomobil və
dəmir yolları tikilir, elektrik xətləri çəkilir,
çətin coğrafi
relyefə malik olan ərazilərdə ilboyu nəqliyyatın fəaliyyətini təmin
etmək üçün
yüksək dağ silsiləsində tunellər
qazılır. Füzuli Beynəlxalq
Hava Limanı səkkiz ayda tikilib istifadəyə veriləndə dünya heyrətə gəldi.
Bu ay Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Qısa bir
zamanda işğaldan azad olunan ərazilərdə
elektrik təchizatı
bərpa olunub. Qarabağ və Şərqi Zəngəzur
ərazisində ümumi
uzunluğu 50 kilometrdən
çox olan 33 tunel olacaq, uzunluğu
12 kilometr olan 84 yeni körpü tikiləcək.
Dövlət başçısı ermənilərin işğal
altında olan ərazilərdə törətdiyi
vandallıq barədə
forum iştirakçılarına məlumat verdi.
Bildirdi ki, bu ərazilərin
dağılması gedən
döyüşlərin nəticəsi
deyil, onlar əraziləri döyüşlər
getmədiyi vaxtda məqsədyönlü şəkildə
talan ediblər. Bu yerlərdə ölkəmizə
məxsus olan maddi, mədəni və dini abidələri
qəsdən məhv edib, izimizi silmək
istəyiblər.
Prezident İlham Əliyev Ermənistanın sülh müqaviləsinin imzalanmasından yayınması, məqsədyönlü şəkildə təxribatlar törətməsi barədə də fikrini açıq şəkildə bildirdi. Belə ki, onlar Azərbaycanın iradəsini və potensialını düzgün qiymətləndirmədilər. İkinci Qarabağ müharibəsi onlara dərs olmalıdır, bir daha belə səhvə yol versələr, bu düşmən üçün baha başa gələcək. Edilən qəti xəbərdarlıqdan yəqin ki, Ermənistan nəticə çıxaracaq.
Dövlət başçısı ölkəmizin postmüharibə dövründəki məramını bütün dünyaya bəyan edərək demişdir: "Beləliklə, biz artıq burada - Ağdamda bir neçə evin tikintisinə başlamışıq. Mən dünən burada idim və 3 kəndin - Xıdırlı, Kəngərli və Sarıcalının təməlqoyma mərasimlərində iştirak etmişdim. Maksimum iki ildən sonra bu kəndlərdə bir neçə min insan yaşayacaqdır. Ağdam şəhərində biz demək olar ki, min yerlik məktəb tikirik. Bu məktəb də ola bilsin bu il, ya da gələn il hazır olacaq. Xəstəxana və bir neçə yaşayış binası tikilir. Bu, sadəcə, Ağdamdır. Eyni işlər Füzulidə, Qubadlıda, Zəngilanda da görülür. İki ay bundan əvvəl qayıtdığımız Laçın şəhərini növbəti ilin sonuna kimi bərpa etməyi planlaşdırırıq. Çünki dediyim kimi, orada qeyri-qanuni məskunlaşma var idi. Heç də bütün binalar sökülməmişdir. Biz artıq bir qrup mütəxəssisi oraya göndərmişik. Beləliklə, biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır. Əvvəllər bizim milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi, özünü buna hazırlamışdı. Canlarını qurban vermiş gənc nəsil, - müharibə zamanı demək olar ki, üç min nəfəri qurban verdik, - və Qələbəmizi qeyd edən minlərlə insan, bu, həqiqətən də müasir Azərbaycandır, bu, yeni Azərbaycandır. İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir və mən əminəm ki, Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq və söhbət təkcə bizim regiondan getmir".
Azərbaycan 2020-ci ildən bəri dünyanı iki dəfə heyrətləndirib. Birincisi, çətin dağlıq relyefdə 44 gün ərzində ildırım sürətli müharibə apararaq qələbə qazanmaqla. İkinci dəfə isə həmin çətin coğrafi məkanda sürətlə quruculuq-abadlıq işləri aparmaqla.
Rüstəm KAMAL,
Azərbaycan.-2022.- 8 oktyabr.- S.7.