Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Beynəlxalq Şahmat Federasiyasının prezidenti
ilə görüşüb
Oktyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Naxçıvanda 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının keçirilməsinə verilən dəstəyə görə təşəkkür ifadə olunub, Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafı sahəsində görülən işlər və bu idman növünün kütləviləşməsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışılıb, olimpiadanın yüksək səviyyədə təşkil edildiyi bildirilib.
Azərbaycan
Respublikasının gənclər və idman
naziri Fərid Qayıbov və Azərbaycan
Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov
görüşdə iştirak ediblər.
Azərbaycan.-
2022.-4 oktyabr.- S.9.