İlham Əliyevin Ağdama hər səfəri
genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam rayonuna səfər ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olub. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Agdam mehmanxanasının təməlqoyma mərasimlərində iştirak ediblər.
Dövlətimizin
başçısı və birinci
xanım Pənahəli Xanın Sarayı və İmarət
Kompleksində görüləcək işlərlə
tanış olub, Xurşidbanu
Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər
üçün inşa
olunacaq 470 mənzildən ibarət
yaşayış məhəlləsinin, şəhərin dəmir
yolu və avtovağzal
kompleksinin, rayonun
Sarıcalı kəndinin təməlqoyma mərasimlərində
iştirak ediblər.
Azərbaycan.-
2022.- 5 oktyabr.- S.1.