İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 120-ci kitabı çapdan çıxıb

 

Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçünçox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər ki, Türkiyə və Azərbaycan bir yerdə inamla addımlarsa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bunu bizbütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.

İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 120-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı mayın 28-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə iştirak etdiyi “TEKNOFEST Azərbaycan” AerokosmikTexnologiya festivalında söyləyib. Yeni kitaba Azərbaycan və Türkiyə liderlərinin festivalda çıxışlarının mətni, “ASAN xidmət” və “Bilim Bakı” mərkəzlərinin açılış mərasimində iştirakına dair materiallar daxil edilib.

AZƏRTAC xəbər verir ki, çoxcildliyin 120-ci kitabında 2022-ci ilin may-iyul aylarını əhatə edən materiallar toplanıb. Nəşrin leytmotivini Azərbaycan Prezidentinin “Vətən müharibəsi bizim şanlı tariximizdir!” fikri təşkil edir.

Bu cilddə Prezident İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri çərçivəsində Daşkənddə Heydər Əliyev Meydanının açılış mərasimində iştirakı, iki ölkənin prezidentlərinin məhdud və geniş tərkibdə görüşləri, sənədlərin imzalanması mərasimi haqqında informasiyalar, mətbuata bəyanatların mətni yer alıb. Azərbaycan Prezidenti Daşkənddə, həmçinin “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış olub, Ürgənc və Xivə şəhərlərinə səfər edib. Bütün bunlar barədə yeni nəşrdə məlumat almaq mümkündür.

Yeni kitaba dövlətimizin başçısının Türkmənistana səfəri, Aşqabadda keçirdiyi görüşlər haqqında informasiyalar, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışının mətni də daxil edilib.

Prezident İlham Əliyev iyunun 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı Kəlbəcər şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyub, komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxış edib. Həmçinin “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılış mərasimində iştirak edib, Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi ilə bağlı görülən işlərlə tanış olub. Prezidentin iştirakı ilə Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisumineral su zavodunun, “İstisu” sanatoriyasının təməli qoyulub. Bütün bunlar və dövlətimizin başçısının Laçın rayonundaQorçuelektrik yarımstansiyasında, Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri və “Həkəriçay” su anbarı layihəsi ilə tanışlığına dair xəbərlər 120-ci kitabda əksini tapıb.

Oxucu bu kitabda Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi” çərçivəsində 27-ci Beynəlxalq Xəzər NeftQaz Sərgisinin rəsmi açılış mərasimində çıxışının, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda nitqinin, habelə “Azərbaycan–Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqazregion üçün sülhsabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətinin mətnləri ilə də tanış ola bilər.

“Azərnəşr” tərəfindən buraxılan 120-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

 

Azərbaycan.- 2022.- 5 oktyabr.- S.4.