İsveç
mediası Qarabağda azərbaycanlıların
basdırıldığı kütləvi məzarlıqlar
barəsində yazıb
İsveç
mediası Qarabağda azərbaycanlıların
basdırıldığı kütləvi məzarlıqlar
barəsində yazıb.
AZƏRTAC-ın
xüsusi müxbiri xəbər verir ki, İsveçin ən
böyük qəzetlərindən olan Aftonbladet, Sydsvenskan,
Uppsala Nya Tydning nəşrlərində və bir sıra
internet portallarında yerləşdirilən informasiyalarda
Qarabağda kütləvi əsgər məzarlığı
aşkarlandığı qeyd edilib.
Yazılarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin tviterdəki paylaşımından da sitat gətirilib: “Edilli kəndində Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalan və öldürülən Azərbaycan hərbçilərinin kütləvi məzarlığı aşkarlanıb… 1990-cı illərdəki müharibədən bəri 4000 azərbaycanlı itkin düşüb”.
Xəbərlərdə, həmçinin qeyd olunur ki,
Azərbaycan 17 hərbi əsiri ABŞ-ın vasitəçiliyi
ilə Ermənistana qaytarıb.
Azərbaycan.-2022.- 8 oktyabr.- S.2.