Fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən aşağıdakı təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adı verilsin:

Kərimov Nazim Baxış oğlu

Qarayev Fuad Abdurahman oğlu

Quliyev Rafiq Meyxoş oğlu.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2022-ci il

 

Azərbaycan.- 2022.- 5 oktyabr.- S.5.